Accessibility links

Donald Tramp infrastruktur planını açıqlayıb [Video]


Donald Tramp infrastruktur planını açıqlayıb
please wait

No media source currently available

0:00 0:02:08 0:00

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Amerika yolları, körpüləri, limanları və hava limanlarını yeniləmək planını açıqlayıb. O, Konqresin növbəti 10 ildə infranstrukturun bərpası üçün 200 milyard dollarlıq büdcəni təsdiqləməsini istəyir və deyir ki, individual ştatlar və özəl sektor da infrastrukturun bərpasına 1.5 -1,7 trilyon dollar sərmaye yatıracaq.

Bu layihə Amerika infrastrukturuna daha öncə görülməmiş 1.5-1.7 trilyon dollarlıq sərmaye cəlb edəcək. İnfrastrukturun çoxu yarı ictimai yarı özəl olacaq və beləcə bütün bərpa işləri vaxtında və büdcə çərçivəsində ediləcək.
Donald Tramp

ABŞ-ın köhnələn infrastrukturunu yaxşılaşdırmaq Trampın əsas kampaniya vədlərindən biri idi. Bazar ertəsi o, Amerika tarixinin ən böyük və cəsur infrastruktur sərmayesi planını açıqlayıb.

“Bu layihə Amerika infrastrukturuna daha öncə görülməmiş 1.5-1.7 trilyon dollarlıq sərmaye cəlb edəcək. İnfrastrukturun çoxu yarı ictimai yarı özəl olacaq və beləcə bütün bərpa işləri vaxtında və büdcə çərçivəsində ediləcək. Bu, icazə almaq prosesini 10 ildən 2, bəlkə də hətta 1 ilə qədər azaldacaq,” deyə Tramp bildirib.

Bəzi təhlilçilər Trampın bu planını qeyri-real adlandırır.

“Əgər hər hansı bir iqtisadçıdan soruşsanız, sizə bunun tamamilə fantaziya olduğunu deyə bilər,” Rayan Kollins söyləyir.

Amerika Tərəqqi Mərkəzinin təhlilçisi Rayan Kollins deyir ki, Trampın infrastuktur planı xüsusilə də, ona görə narahatedicidir ki, onun vergi islahat planına infrastruktur layihələrinə kəskin kəsirlər daxildir. O həmçinin deyir ki, özəl investorlar təkcə yüksək investisiya gəlirləri olan layihələrə pul ayıracaqlar.

“Bu isə ödənişli yolların artmasına gətirib çıxaracaq. Bunların hamısı infrastrukturun bərpasına çoxlu pul ayıran investorlara həmin pulu geri almağa yardım edir,” deyə Kollins bildirir.

Kollins deyir ki, bəzi ştatlarda avto-magistralların özəlləşdirilməsi ilə yol ödənişləri o dərəcədə artıb ki, insanlar artıq onu ödəyə bilmir. Ştatlar infrastruktur xərclərini özləri ödəməyə məcbur ediləndə, onlar sakinlərin vergilərini artırır.

Konqresdəki demokratlar təklifi rədd edib. Onlar bu büdcə layihəsinin büyük korporasiyaları vergiödəyicilərin hesabına zənginləşdirəcəyini deyir. Onlar ictimai infrastruktura 1 trilyon dollar xərclənməsini dəstəkləyir ki, bu, ABŞ-ın onsuz da böyük xarici borcunu bir az da artıracaq.

Trampın infrastruktur planı isə 4,4 milyard dollarlıq büdcə layihəsinin bir hissəsidir. Bu büdcə layihəsi də təsdiq olunsa ABŞ-ın defisiti artacaq.

XS
SM
MD
LG