Accessibility links

Donald Tramp tezliklə İran nüvə razılaşması haqqında qərarını verəcək


Donald Tramp - Vaşinqton, 2 oktyabr, 2017
Donald Tramp - Vaşinqton, 2 oktyabr, 2017

ABŞ rəsmiləri bildiriblər ki, prezident Donald Tramp gələn həftə İran nüvə razılaşması haqqında çıxış edəcək. Güman edilir ki, bu çıxışda prezident Tramp ABŞ-ın 2015-ci ildə İran və dünya ölkələri arasında imzalanmış nüvə razılaşmasına sadiq qalıb-qalmayacağı haqqında qərarını verəcək.

Tramp oktyabrın ayının 15-inə qədər Konqresə İranın yeddi ölkənin imzaladığı sazişə əməl edəcəyinə və bunun ABŞ maraqlarına xidmət göstərəcəyinə dair münasibət bildirməlidir.

Dövlət katibi Reks Tillerson bildirib ki, o prezident Trumpa müqavilə ilə əlaqədar bir çox variant təklif edəcək. Lakin dövlət katibi variantlar haqqında məlumatları verməyi rədd edib.

Keçən ay Birləşmiş Millətlər Təşkilatında etdiyi çıxışında Donald Tramp müqaviləni ABŞ-ın imza atdığı ən pis və birtərəfli müqavilə olduğunu bildirmişdi.

Tramps sələfi olduğu Barak Obamanın xarici siyasətinin uğuru kimi gördüyü müqaviləni sərt şəkildə tənqid edir.

XS
SM
MD
LG