Accessibility links

Donald Tramp Ağ Evdə Kanye Vesti qəbul edəcək


ABŞ prezidenti Donald Tramp özünün ən tanınmış pərəstişklarlarından biri olan musiqiçi Kanye Vesti Ağ Evdə qəbul edəcək. Ağ Evin bildirdiyinə görə, onlar arasında görüşdə Amerika həbsxanalarında vəziyyət, Çikaqo şəhərində zorakılıqları kimi məsələləri müzakirə ediləcək.

Ağ Evin sözçüsü Sara Hakabi Sanders bildirib ki, Kanye Vest prezident və onun kürəkəni Cared Kuşnerlə nahar edəcək. O, Kanye Vestin Ağ Evdə hansı gün qəbul ediləcəyi haqda bir söz deməyib, lakin New York Times qəzetinin verdiyi məlumata görə, görüş cümə axşamı günü baş tutacaq.

“Kanye Vst Ağ Evə gələcək, prezident Tramp və Cared Kuşnerlə nahar edəcək. Müzakirələrin mövzusu Amerikada istehsalın canlandırılması, həbsxana islahatı, silahlı zorakılıqların qarşısının alınması və Çikaqoda zorakılığın azaldılması üçün görülməli işlər olacaq”, Sanders açıqlamasında bildirib.

ABŞ prezidenti seçilmiş Donald Tramp and Kanye Vest Nyu-Yorkda Tramp qülləsində görüş zamanı, 13 dekabr, 2016.
ABŞ prezidenti seçilmiş Donald Tramp and Kanye Vest Nyu-Yorkda Tramp qülləsində görüş zamanı, 13 dekabr, 2016.

Tanınmış repper 2016-cı ildə prezident seçki kampaniyası zamanı Trampın ən məşhur tərəfdarlarından biri olub. O, Trampa dəstək verdiyini bildirdikdə konsert zamanı zalda onu fitə basıblar.

Keçən ay o yenidən Saturday Night Live şousunda Trampın kampaniyasının simvollarından biri olan, üzərində Make America Great Again (Amerikanı daha möhtəşəm edək) sözləri yazılmış papaq geydinə görə fitə basılmışdı.

Tramp bazar ertəsi günü Kanye Vestin böyüdüyü Çikaqo şəhərində “cinayətlərə” son qoyacağını bildirib və ABŞ-ın üçüncü ən böyük şəhərində polislərə şübhəlilərin saxlanması və silah və başqa kontrabanda ilə əlaqədaryoxlanmasına icazə verilməsi üçün onlar qarşısında məhdudiyyətlərin azaldılmasına çağırıb.

XS
SM
MD
LG