Accessibility links

Prezident Tramp oğlunu müdafiə edir, Konqresmenlər araşdırmaya çağırır


Donald Tramp Jr.
Donald Tramp Jr.

ABŞ Prezidenti Donald Tramp oğlunun Tramp seçki kampaniyasının rusiyalı vəkillə Demokrat namizəd Hillari Klintona aid rüsvayçı məlumat əldə etmək məqsədilə görüşü haqda emailləri açıqlamasını alqışlayıb.

Ağ Ev sözçüsünün müavini Sara Hakabi Sanders prezidentin qısa bəyanatını müxbirlər qarşısında oxuyub. “Oğlum yüksək keyfiyyətli adamdır və mən onun şəffaflığını alqışlayıram,” prezidentin bəyanatında deyilir. Prezident Tramp oğlunun açıqladığı emaillərin mümkün fəsadlarına toxunmayıb.

Oğlum yüksək keyfiyyətli adamdır və mən onun şəffaflığını alqışlayıram.
Donald Tramp, ABŞ Prezidenti

Lakin Amerikanın Səsinin Kapitolidəki müxbirləri xəbər verir ki, prezidentin oğlu Donald Tramp Jr.-un (atası ilə eyni ad və soyadı daşıyır) noyabr seçkiləri ərəfəsində Klinton haqda həvəslə ziyanlı məlumat araması haqda açıqlaması Konqresdə şok reaksiyalarla müşayiət olunur. Ələlxüsus Demokrat konqresmenlər oğul Trampın açıqlamasını qəzəb və sərt ittihamlarla qarşılayıblar.

Donald Tramp Jr. The New York Times qəzetinin bu barədə yazı dərc edəcəyini öyrəndikdən sonra çərşənbə axşamı emailləri açıqlayıb. Bu yazışmalar rusiyalı vəkil Nataliya Veselnitskayanı təmsil edən musiqi publisisti Rob Qoldstounla olub. Həmin yazışmanın nəticəsi olaraq oğul Tramp atası Respublikaçılar Partiyasının namizədliyini əldə etdikdən az sonra Veselnitskaya ilə görüşüb.

Aydındır ki, bu, çox yüksək səviyyəli və həssas məlumatdır, ancaq Rusiya və onun hökumətinin cənab Trampa dəstəyinin təkib hissəsidir.
Rob Qoldstoun

“Rusiyanın tac prokuroru Tramp kampaniyasına Hillarini və onun Rusiya ilə əməllərini ifşa edən rəsmi sənədlər və məlumatlar verməyə hazırdır və bu, sənin atan üçün çox faydalı olardı,” Qoldstoun Trampın oğluna ötən il 3 iyunda yazıb.

“Aydındır ki, bu çox yüksək səviyyəli və həssas məlumatdır, ancaq Rusiya və onun hökumətinin cənab Trampa dəstəyinin təkib hissəsidir,” həmin emaildə yazılıb.

Bir neçə dəqiqə sonra gənc Tramp belə cavab yazıb:

“Əgər dediyindirsə, mən sevirəm bunu, ələlxüsus yayın axırı [istifadə] üçün.”

Kremlə bağlı vəkil Nataliya Veselnitskaya Moskvada müxbirlərlə danışır. 11 iyul, 2017., July 11, 2017.
Kremlə bağlı vəkil Nataliya Veselnitskaya Moskvada müxbirlərlə danışır. 11 iyul, 2017., July 11, 2017.

Kris Mörfi kimi Demokrat senatorlar Donald Tramp Jr.-un yazışmalarının və rus vəkillə görüşünün “işbirliyinə … Rusiya hökuməti ilə açıq işbirliyinə oxşamağa başladığını” deyib. Respubikaçı senatorlar öz reaksiyalarında daha ethiyatlı olublar, lakin Meyn ştatını təmsil edən Susan Kolins “emaillərin ətraflı istintaqa ehtiyacı” olduğunu bildirib.

Konqresmen Adam Şiff Prezident Trampla Rusiya əlaqələrinin sərt tənqidçisi kimi tanınır.
Konqresmen Adam Şiff Prezident Trampla Rusiya əlaqələrinin sərt tənqidçisi kimi tanınır.

“Bu təkcə normaların pozulması deyil - bu, vətən qarşısında sivil məsuliyyətin pozulmasıdır,” Demokrat Konqres üzvü Adam Şiff bəyan edib. “Əgər xarici hökumət sənə seçkilərə müdaxilə ilə bağlı yaxınlaşırsa, onda sən FBI-ya (Federal Təhqiqat Bürosu) müraciət etməlisən.”

“Biz araşdırmalıyıq,” Demokrat Konqresmen Elayja Kamminqs deyib, çünki bu emaillər “prezidentin oğlunun Rusiya hökumətinin Trampı prezident seçdirmək səylərindən agah olduğunu və bu səyləri dəstəklədiyini göstərir.”

Yazışmalar prezidentin oğlunun Rusiya hökumətinin Trampı prezident seçdirmək səylərindən agah olduğunu və bu səyləri dəstəklədiyini göstərir.
Elayja Kamminqs, Konqresmen (D)

Respublikaçı Senator Lindzi Qraham məsələnin "problematik" olduğunu deyərək gənc Trampın Konqres müstəntiqləri qarşısında “hökmən ifadə verməli” olduğunu bəyan edib.

Oğul Trampa yazdığı emaillərdə Qoldstoun Veselnitskayanı “Moskvadan ABŞ-a uçacaq Rusiya hökumətinin vəkili” kimi təqdim edib. Rusiya hökuməti Veselnitskayanı tanıdığını danır və ABŞ seçkilərinə müdaxiləsi haqda ittihamları rədd edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG