Accessibility links

Donald Tramp Ağ Evdə xaosun yarandığına dair iddiaları rədd edib


ABŞ prezidenti Donald Tramp cümə axşamı Emmanuel Makronla danışıqlar aparmaq üçün Fransaya səfər edir. Lakin belə görünür ki, Rusiya qalmaqalı onun səfərinə kölgə salacaq.

Çərşənbə günü Tramp Ağ Evin "işini mükəmməl bir şəkildə" davam etdirdiyini deyərək, böyük oğlunun ötən il Trampın demokrat rəqibi Hillari Klintona zərər gətirəcək məlumatlar təklif edən Rusiya hökümətinin vəkili ilə görüşdüyünə dair xəbərlərdən sonra Ağ Evin xaos içində olduğuna dair iddiaları rədd edib.

Oğul Tramp çərşənbə axşamı Fox News-a verdiyi müsahibədə atasına rusiyalı vəkillə görüşdüyünü demədiyini bildirib.

Donald Trampın oğlu Tramp kampaniyası ilə Rusiya arasında hər hansı bir razılaşmanın olduğuna dair iddiaları “gülünc” adlandırıb.

ABŞ-ın kəşfiyyat icması Klintonun reputasiyasına xələl gətirərək, Trampın qələbə çalmasına yardım etmək üçün Rusiya prezidenti Vladimir Putinin şəxsən ABŞ seçkilərinə müdaxilə kampaniyası başlatdırdığna dair nəticə çıxarıb.

Bundan əlavə ABŞ-da Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı bir çox təhqiqat aparılır. Onların sırasına xüsusi prokurorun apardığı istintaq daxildir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG