Accessibility links

Donald Tramp: Şimali Koreyaya qarşı hərbi tədbirlər ABŞ-ın ilk seçimi deyil


Rusiya və Çin prezidentiləri isə sanksiyaların sərtləşdirilməsinin Koreya yarımadasından gərginliyin azaldılmasına yardımçı olmayacağını deyir

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı hərbi tədbirlərin görülməsinin ABŞ-ın ilk seçimi olmadığını deyərək, əlavə edib ki, “nə baş verəcəyini görəcəyik.”

Çərşənbə günü Çin prezidenti Şi Tsinpinlə keçirdiyi telefon danışıqlarından sonra Tramp Ağ Evdə müxbirlərlərlə görüşüb.

Tramp Amerikanın Səsinə bildirib ki, prezident Şi Şimali Koreya ilə bağlı nəsə etmək istəyir, amma onun nəsə etmək gücündə olub-olmadığı aydın deyil.

ABŞ prezidenti bildirib ki, onun prezident Şi ilə çox səmimi söhbəti olub və o, ikisinin tezliklə yenidən danışacağına ümid edir.

Bu arada, Rusiya prezidenti Vladimir Putin danışıqlara geri dönməyi təklif edir və sanksiyaların həll yolu olmadığı deyir.

Çin də hesab edir ki, Pxenyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi Koreya yarımadasındakı gərginliyi azaltmaqda faydalı olmayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG