Accessibility links

ABŞ prezidenti silah gəzdirmək hüququ müdafiəçilərinin qurultayında çıxış etdi


ABŞ Prezidenti Donald Tramp Milli Tüfəng Assosiasiyasının (NRA) illik qurultayında çıxış edib. Atlanta şəhərindəki nitqində Prezident Tramp silah gəzdirmək hüquqlarına güclü dəstəyini ifadə edib.

1983-cü ildə Ronald Reyqan qurultayda çıxış edəndən bəri prezident olaraq qurumun tədbirində nitq söyləyən ilk şəxsdir.

Sizin Ağ Evdə həqiqi dostunuz və müdafiəçiniz var.
Donald Tramp, ABŞ Prezidenti

NRA Trampın prezident seçilməsi üçün prezdeint seçki kampaniyası dönəmində 30 milyon dollar xərcləmişdi.Trampın sürpriz qələbəsindən sonra NRA-in baş icraçısı Veyn LaPierre “azadlıqlara qarşı çıxan qüvvələrin məğlub edilməsinin” vaxtının çatdığını bildirib.

Prezident Tramp silah hüquqları müdafiəçilərinin razılığı ilə qarşılanan bir neçə ölçüyə imza atıb. O, sabiq prezident Barak Obamanın silah alan ruhi xəstələr haqda federal hökumətin informasiya verməsini təsbit edən federal sərəncamını ləğv edib.

Silah gəzdirmək hüququnun müdafiəçiləri nəzarət qaydalarının konstitutsiyaya zidd olduqlarını deyir.
Silah gəzdirmək hüququnun müdafiəçiləri nəzarət qaydalarının konstitutsiyaya zidd olduqlarını deyir.

Buna baxmayraq NRA-in gündəmi dolu olaraq qalır. Təşkilat çalışır ki, bütün ABŞ boyu örtülü silah gəzdirmək hüququ tanınsın. Silah lobbiçiləri habelə mətkəblərin silahdan azad zona edilməsinə qarşı çıxır və ştat hökumətlərinin solah almaq üçün nəzərdə tutduqları yoxlama prosedurlarını mülayimləşdirməyə can atır.

Silaha nəzarət qrupları isə iddia edirlər ki, ştat vəsiqələrinin bütün ABŞ boyu tanınması ən liberal silah qanunları olan ştatların qanunlarını milli standarta çevriəcək.

Silaha sahib olmaq hüququ ABŞ Konstitutsiyasının Hüquqlar Bəyannaməsinin ikinci düzləşində yer alır. Dövlətin təşəkkül tapmasından bəri Amerikada silah gəzdirmək hüququnun çevrəsi daimi debat mövzusudur.

XS
SM
MD
LG