Accessibility links

Donald Tramp xarici siyasət platformasını açıqlayıb [Video]


Donald Tramp xarici siyasət platformasını açıqlayıb
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Donald Tramp xarici siyasət platformasını açıqlayıb

ABŞ-in şimal-şərq ştatlarında keçirilən praymerilərdə nəhəng qələbəsindən sonra Respublikaçılar partiyasından prezidentliyə namizədi kimi mövqeyini möhkəmlətmiş milyarder Donald Tramp xarici siyasət platformasını açıqlayıb. Tramp nitqində daha çox Obama administrasiyasının xarici siyasətini tənqid etsə də, öz xarici siyasəti ilə bağlı çox məlumat paylaşmayıb.

Bizə təsadüfləri məqsədlə, ideologiyanı strategiya ilə, hərc-mərcliyi sülhlə əvəzləyən xarici siyasət lazımdır.
Donald Tramp

Donald Tramp Vaşinqtonun dəbdəbəli Mayflower otelində çıxışı zamanı prezident Barak Obamanın xarici siyasətini “tələsik, sükansız və məqsədsiz” adlandırıb.

Tramp Amerika maraqlarını hər şeydən öndə tutacaq yeni xarici siyasət yürütməyin vaxtının çatdığını deyib.

“Bizə təsadüfləri məqsədlə, ideologiyanı strategiya ilə, hərc-mərcliyi sülhlə əvəzləyən xarici siyasət lazımdır.”

Tramp ABŞ-ın Yaxın Şərqdə dövlət-quruculuğu cəhdləri kimi səhvlərini vurğulayıb. O, Amerikanın orada Qərb tərzində demokratiya yarada biləcəyinin səhv bir düşüncə olduğunu deyib.

“Biz onlarda olan müəssisələri dağıtdıq və içindən çıxanları görəndə təəcübləndik. Vətəndaş müharibəsi, dini fanatizm…bunlar minlərlə amerikalının əbəs yerə həyatlarını itirmələrinə səbəb oldu.”

Mən ehtiyac olmadıqca, əsgərlərimizi döyüşə göndərməyəcəm. Bunu təkcə o zaman edərəm ki, bizim hazır qələbə planımız olsun.
Donald Tramp

Tramp həmçinin seçilsə İslam Dövləti qrupunun “tez bir zamanda” məhv ediləcəyini vəd etsə də, bununla bağlı detallı məlumat paylaşmayıb.

“Mən ehtiyac olmadıqca, əsgərlərimizi döyüşə göndərməyəcəm. Bunu təkcə o zaman edərəm ki, bizim hazır qələbə planımız olsun.”

Trampın nitqi bu səfər bədahətən söylədiyi əvvəlki kampaniya çıxışlarından fərqli olaraq daha rəsmi xarici siyasət çıxışı idi.

“Məncə bu, bir təkamüldür. O, indi artıq insanları Trampın prezident olacağına dair qorxuya salan çıxışlarını kənara buraxaraq, bir zamanlar kobud və düşüncəsiz çıxışlar edərək əldə etdiyi respublikaçı tərəfdarlarının dəstəyini qoruyub saxlaya bilib-bilməyəcəyini görmək istəyir.”

Vətəndaş müharibəsi, dini fanatizm…bunlar minlərlə amerikalının əbəs yerə həyatlarını itirmələrinə səbəb oldu.
Donald Tramp

Con Fortier deyir ki, Trampın son nitqi bu cür ziddiyətli praymeri kampaniyasının ortasında müşavirlərinin onun imicini dəyişdiklərinin ən son göstəricisidir.

“O, öz kampaniyasına digər kampaniyalardan daha təcrübəli insanlrı cəlb etməyə, dəstək üçün partiyaya əl uzatmağa və özünü daha çox ənənəvi bir namizəd halına salmağa başlayıb.”

Bu aradaTrampın əsas rəqibi Texas senatoru Ted Kruz gələn həftə İndianada keçiriləcək praymeridə qələbə şanslarını artırmaq məqsədilə texnologiya şirkətinin sabiq icraçısı və prezidentliyə keçmiş namizəd Karli Forinanı vitse-prezidentliyinə namizəd elan edib.

XS
SM
MD
LG