Accessibility links

Donald Tramp "böyük çıxışa" hazırlaşır


Respublikaçılar partiyasından qabaqçıl namizəd Donald Tramp bazar ertəsi son iki debatda iştirak etmək əvəzinə "böyük çıxış" hazırlayır.

Tramp respublikaçıların debatlarının kifayət qədər olduğunu deyib və Yuta ştatında, Salt Lake City-də nəzərdə tutulmuş debatda iştirak etməyəcəyini bildirib.

Ohayo qubernatoru Con Keysik deyib ki, Tramp olmadan o, debatda iştirak etməyəcək.

673-410 fərqlə Trampdan sonra ikinci qabaqçıl namizəd olan senator Ted Kruz Trampın debata qoşulmasına çağıran petisiyada insanların iştirak etməsinə çalışır.

Bazar ertəsi keçiriləcək debat Yuta və Arizona ştatlarındakı praymerilərdən bir gün əvvəl elan edilmişdi.

Demokrat partiyasından namizədlər, sabiq dövlət katibi Hillari Klinton və Vermont senatoru Berni Sanders respublikaçılarla eyni ştatda səsvermələr keçirəcək.

Amma bundan əlavə onlar çərşənbə axşamı Aydaho ştatında kokuslar da keçirəcək.

XS
SM
MD
LG