Accessibility links

Dou Cons Sənaye İndeksi altı gündür ki, rekord həddə yüksəlir


Çərşənbə günü Dou-Cons Sənaye indeksi rekord həddə artıb. İnvestorlar bu artımın növbəti günlər də davam edəcəyinə ümid edirlər.

30 aparıcı şirkətin indeksi olan Dou-Cons bu çərşənbə ardıcıl olaraq altı gün ərzində rekord həddə yüksələrək, günü 22,000-dən yuxarı göstərici ilə tamamlayıb.

Dünyanın ən nəhəng səhmdar şirkəti Apple və təyyarə istehsalçısını Boeing-in sağlam maliyyə göstəriciləri Dou-Cons indeksinin bu yüksək göstəricisinin əsas səbəbkarlarıdır.

Dou-Cons Sənaye indeksindən 100 ildən artıqdır ki, ABŞ səhm birjasının vəziyyətini qiymətləndirmək üçün istifadə edilir.

XS
SM
MD
LG