Accessibility links

Azərbaycanda Dövlət Bayrağı Günüdür


Azərbaycan bayrağı
Azərbaycan bayrağı
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Bu gün prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu il noyabrın 9-da təsis edilib. Həmin gün Bakıda Dövlət Bayrağı Meydanının inşa edilməsi haqında qərar qəbul olunub.
1918-ci il noyabrın 19-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilk dəfə olaraq ölkənin üçrəngli (mavi-qırmızı-yaşıl) bayrağını qəbul edib.

1920-ci ildə AXC-nin süqutundan sonra sovet bayrağı tətbiq edilib. 1988-ci il noyabrın 20-də AXC-nin üçrəngli bayrağı Bakının mərkəzi meydanında mitinqdə yenidən qaldırılıb və milli-demokratik hərəkatın bayrağı olub.

1990-cı il noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Soveti bu bayrağı muxtariyyətin dövlət bayrağı kimi qəbul edib. Tezliklə üçrəngli bayraq Azərbaycanın dövlət bayrağı kimi yenidən qəbul edilib.

Azərbaycan bayrağı üzərində səkkizguşəli ulduz və aypara olan bərabər üfüqi şəkildə mavi, qırmızı və yaşıl rənglərdən ibarətdir.

Mavi rəng türkçülüyün rəmzidir (qədim türklərdə bu rəng səma rəmzi olub), qırmızı müasirliyin, yaşıl islamın rəmzidir.

9 noyabr iş günü deyil.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG