Accessibility links

Qubad İbadoğlu: Dövlət büdcəsində məlumatların gizlədilməsi korrupsiyanın daha da genişlənməsinə şərait yaradır (audio)


Qubad İbadoğlu
Qubad İbadoğlu

Müxalifət dövlət büdcəsini korrupsiya mənbəyi adlandırıb. Prezident seçkiləri ilində güc qurumları 1,82 mlrd. manat alacaq. Təhsil xərcləri 1,2% artacaq və 1530 mln. manat təşkil edəcək.


Noyabrın 14-də İctimai Palatada 2013-cü il üçün Azərbaycanın dövlət büdcəsinin müzakirəsi təhlükəli təmayüllər və sosial-iqtisadi perspektivlərini ortaya çıxarıb.

İqtisadi Araşdırmalar Mərkəzinin eksperti Qubad İbadoğlu büdcənin ilkin təhlilinin nəticələrini təqdim edərkən neftdən asılılığın gücləndiyini qeyd edib. Büdcə layihəsindən görünür ki, onun gəlirlərinin 73%-i neft və qaz sayəsində formalaşır, deyə o bildirib.

O, həmçinin deyib ki, Neft Fondundan köçürmələr daha da artıb və gələn il 11 mlrd. 350 mln. manat və ya 14,5 mlrd. dollar təşkil edəcək.

“Neft hasilatı azalmaqda davam edir və hökumət defisiti Neft Fondu hesabına, yəni gələcək nəsillərin hesabına doldurmağa çalışır”.

Qubad İbadoğlu ilə müsahibə
please wait

No media source currently available

0:00 0:08:09 0:00
Direct link

Qubad İbadoğlu Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, dövlət büdcəsində qeyri-neft sektorunun zəif iştirakı neft dollarının kritik təsirindən xəbər verir. Azərbaycan büdcəsinin qeyri-neft hissəsi adambaşına 715 dollar təşkil edirsə, Gürcüstanda bu rəqəm 1010, Ermənistanda isə 1000 dollara bərabərdir.
Geniş miqyaslı korrupsiya, kölgə iqtisadiyyatı qeyri-neft sektorunun vəsaitləri hesabına büdcəni formalaşdırmağa imkan vermir. Bu, maaşların və təqaüdlərin artırılmasına cəmi 240 mln. manat (aylıq adambaşı 10 manat) ayrılmasına gətirib çıxarıb, bir halda ki, 5,7%-lik inflyasiya bu vəsaiti “əridəcək”.

Büdcədə vəsaitin 65%-i haqqında məlumatın olmaması narahatlıq doğurur, bu, böyük korrupsiya üçün şərait yaradır. Məlumdur ki, büdcə gəlirləri 19 mlrd. 154 mln. manat, xərcləri isə 19 mlrd. 810 mln. manat planlaşdırılıb. Büdcə defisiti 656 mln. manat təşkil edəcək.

Büdcədən görünür ki, daxili qoşunların xərcləri 36%, FHN-in xərcləri isə 22-% artıb. “Bu, prezident seçkiləri ilində hakimiyyətin xalqla güc dili tapmağa çalışdığını göstərir”, deyə AXCP lideri Əli Kərimli bildirib.

Təhsilin və səhiyyənin qalıq məbləğlərlə maliyyələşdirilməsi xüsusi tənqidə səbəb olub. Bu sahələrə hüquq-mühafizə orqanlarına ayrıldığından daha az vəsait ayrılıb. Məsələn, güc qurumları 1,82 mlrd. manat (2012-ci ildə olduğundan 12% çox) alacaq.

Təhsil xərcləri 1,2% artacaq və 1530 mln. manat təşkil edəcək, sosial müdafiə 1,6% artacaq (1813 mln.) və nəhayət, səhiyyə 666 mln. (+0,5%) alacaq.

Müsavat Partiyasının başqanı İsa Qəmbər büdcəni korrupsiya mənbəyi adlandıraraq, infrastruktur layihələrində böyük məbləğdə dövlət vəsaitlərinin mənimsənməsi ilə bağlı nümunələr göstərib.

“Bu rejimin hakimiyyətdə olduğu hər gün yeni-yeni itkilər gətirir, 2013-cü il büdcəsinin bu insanlar tərəfindən talanmasına imkan vermək olmaz”, deyə o bildirib

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG