Accessibility links

Dövlət Departamenti Azad Fikir Universitetinin bağlanmasına münasibət bildirdi [Video]


Dövlət Departamenti Azad Fikir Universitetinin bağlanmasına münasibət bildirdi
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Dövlət Departamenti Azad Fikir Universitetinin bağlanmasına münasibət bildirdi

"Azərbaycanı beynəlxalq öhdəliklərə verməyə çağırırıq!"

Dövlət Departamentinin aprelin 15-də keçirilən brifinqində departamentin sözçüsü Patrik Ventrell Amerikanın Səsinin (www.amerikaninsesi.org) Azad Fikir Universiteti ilə bağlı sualını cavablandırıb.

Amerikanın Səsinin Dövlət Departamentindəki müxbirinin verdiyi məlumata görə, cənab Ventrell Dövlət Departamentinin bu barədə məlumatlı olduğunu və Bakıdakı səfir Riçard Morninqstarın məsələ ilə bağlı bəyanat açıqladığını bildirib.

“O, bu bəyanatda vətəndaş cəmiyyəti təşkilatına açıq dəstəyini bildirib. O da dediyi kimi biz inanırıq ki, dinc aksiyalara hörmət etmək, müstəqil və şəffaf məhkəmələr, legitim narahatlıqla bağlı hökumətin vətəndaşlarla, xüsusilə gənc vətəndaşlarla təması demokratik hökumətlərin fundamental sabitliyini qoruması üçün ən yaxşı və ən effektiv yollardır”-deyə Patrik Ventrell brifinq zamanı bildirib.

Sözçünün bildirdiyinə görə, Dövlət Departamenti Azərbaycan hökumətini beynəlxalq öhdəliklərə cavab verməyə və heç bir həbs həyata keçirmədən öz vətəndaşlarının universal hüququ olan sərbəst toplaşma və ifadə azadlıqlarını təmin etməyə çağırır: “Biz bu fikirlərimizi Bakıda səfirliyimizə bildirmişdik və indi də buradan səsləndiririk.”

Amerikanın Səsinin Partik Ventrellə digər sualı İran-Azərbaycan münasibətləri ilə bağlı olub. Sözçü olayı iki dövlət arasında çəkişmənin təzahürü kimi təsvir edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG