Accessibility links

ABŞ Dövlət Departamenti Gözəl Bayramlının həbsindən narahatdır


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

"ABŞ Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının barəsində hökmlə bağlı məlumatlardan narahatdır," ABŞ Dövlət Departamentinin nümayəndəsi Turan agentliyinin sorğusuna cavab olaraq bildirib.

"Biz Azərbaycan hakimiyyətini təkcə Gözəl Bayramlını yox, öz fundamental hüquqlarını həyata keçirdiyinə və ölkədə dinc siyasi fəaliyyət üçün şərait yaradılmasını tələb etdiyinə görə məhkum olunanların hamısını azad etməyə çağırırıq," Dövlət Departamentinin nümayəndəsi qeyd edib.

Müxalifətdə olan siyasi partiyanın sədr müavini Gözəl Bayramlı qaçaqmalçılıq ittihamı ilə 3 il azadlıqdan məhrum edilib.

Biz Azərbaycan hakimiyyətini təkcə Gözəl Bayramlını yox, öz fundamental hüquqlarını həyata keçirdiyinə və ölkədə dinc siyasi fəaliyyət üçün şərait yaradılmasını tələb etdiyinə görə məhkum olunanların hamısını azad etməyə çağırırıq.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Onun barəsində CM-in 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılıb və o, həbs edilib.

İstintaqın məlumatına görə, Bayramlının baqajına baxış zamanı guya onun bəyan etmədiyi 12 min dollar aşkar edilib.

Bayramlı bildirib ki, pulu onun üzərinə qəsdən qoyublar, həbsi isə siyasi sifariş xarakteri daşıyır. O, həmçinin bildirib ki, Gürcüstana müalicəyə getmişdi və son iki ildə üç dəfə orada əməliyyat olunub. Yanvarın 23-də məhkəmə onu üç il müddətinə azadlıqdan məhrum edib.

Davos forumunda çıxış edən İlham Əliyev Azərbaycanda bütün fundamental azadlıqların təmin edildiyini deyir.
Davos forumunda çıxış edən İlham Əliyev Azərbaycanda bütün fundamental azadlıqların təmin edildiyini deyir.

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Azərbaycanda jurnalist Əfqan Muxtarlı və Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı barəsində məhkəmə hökmlərini pisləyib.

"Sual edə bilərəmmi, niyə? Mən onun məhkəməsindən narahatam, onun həbsi səhv idi, qanunun aliliyinə riayət olunmayıb," Şennak Twitter-dəki mikrobloqunda Bayramlı barəsində hökmlə bağlı yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG