Accessibility links

2018-də Neft Fondundan xərclənəcək pulların məbləği bəlli oldu


Dövlət Neft Fondunun binası

ADNF-nin 2018-ci il büdcəsinin gəlirləri 11,559,956,000 manat, xərcləri isə 9,730,221,000 manat məbləğində təsdiq edilir. Bu barədə AzadlıqRadiosu məlumat yayıb.

Prezident İlham Əliyevin dekabrın 28-də Neft Fondunun gələn ilki büdcəsinin təsdiqi ilə bağlı imzalandığı fərmanda belə qeyd edilir.

Fərmana görə, gəlirlərin təqribən 10 milyard manata yaxını Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilməlidir. Yerdə qalan məbləğ isə əsasən bonuslardan, neftin, qazın ölkə ərazisi ilə ötürülməsindən və bundan başqa Dövlət Neft Fondunun idarə olunmasından qazanılmalıdır.

Gəlirlərin təqribən 10 milyard manata yaxını Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilməlidir.

Xərclərin 200 milyon manatı qaçqınların və məcburi köçkünlərin məskunlaşma məsələlərinə gedəcək.

9 milyard 216 milyon manat da 2018-ci il dövlət büdcəsinə transfer ediləcək.

Habelə, 90 milyon manat Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə gedəcək.

Neft satışından əldə edilən gəlir Azərbaycan iqtisadiyyatının əsasını təşkil edir.
Neft satışından əldə edilən gəlir Azərbaycan iqtisadiyyatının əsasını təşkil edir.

Ötən ay istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin maliyyələşdirilməsinə də 176,128,000 manat ayrılması nəzərdə tutulur.

“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"-nın maliyyələşdirilməsinə 16, fondun idarə edilməsinə isə 31 milyon manat nəzərdə tutulub.

Xatırlatma

2017-ci il oktyabrın 1-nə olan məlumata görə, Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 milyard 147 milyon ABŞ dolları) nisbətən 8.67 faiz artıb. Həmin tarixdə bu məbləğin 36 milyard 20 milyon ABŞ dollarına çatdığı bildirilir.

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan Fonda 130 milyard dollara yaxın vəsait daxil olduğu bildirilir.

XS
SM
MD
LG