Bu il avqustun 2-dək olan dövrdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun insan itkiləri 55 nəfər təşkil edib. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatında deyilir.
Təşkilatın media məlumatlarına əsasında apardığı monitorinqin nəticələrinə görə, həlak olanların 12-i döyüş (12 nəfər cəbhə xəttində erməni qüvvələrinin gülləsi ilə), 2-si mina, 1-i əməliyyat, 40-ı isə qeyri-döyüş itkiləridir.
Həlak olanların 49-u Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.
Yaralıların və xəsarət alanların sayı 59 nəfər təşkil edib. Onların 12-si qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 11-i cəbhə xəttində erməni qüvvələrinin gülləsindən, 6 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 6-ı bədbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə), 3-ü əməliyyat tədbirlərindən, 20-i isə avtoqəza nəticəsində yaralanıb.

Təşkilatın statistikasına görə 54 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının müdavimidir.