Accessibility links

Uşaq həkiminin aşpazlıq dərsləri [Video]


Uşaq həkiminin aşpazlıq dərsləri
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Nimali Fernando uşaqların qidası ilə onların sağlamlığı arasında əlaqəni araşdıran pediatrdır.

“İlk baxışdan qida ilə əlaqədar xəstəlik deyəndə, ağla ilk köklük gəlir. Həqiqətdir ki, bizim ölkədə uşaqların 30 faizi köklükdən əziyyət çəkir. Bu kifayət qədər ciddi rəqəmdir. Amma mən köklükdən əziyyət çəkməyən uşaqların simptomlarına nəzər yetirirəm. Mənim üçün maraqlısı o oldu ki, onların simptomları da qida ilə bağlı idi.”

Bu vəziyyəti dəyişmək üçün Nimali kitab yazıb, bloq və vebsayt açıb.

“Mənim yanıma uşaqları gətirəndə qidalanma haqqında ətraflı danışmağa vaxt olmur. Bu səbəbdən, vebsəhifədə qida respetlərini yerləşdirirəm və valideynləri ora yönləndirirəm. Bunun ailələrə necə yardımçı olduğunu gördükdən sonra qərara aldım ki, onlara kulinariya dərsləri keçməyə başlayım.”

2013-cü ildə Nimali Dr. Yum adlı layihəni təsis etdi.

Klinikasındakı bu mətbəxdə, o, valideynlərə sağlam uşaq böyütmək üçün yemək ideyaları verir.

“Ola bilər ki, bu valideynlərə bizim menumuzu görmək və yemək bişirməyi asanlaşdırmaq imkanıdır. Bəlkə də bu çox pul xərcləmədən sağlam qidalanma yollarını müəyyən etmək üçündür. Ya da ki, bu, qida müxtəlifliyi ilə şahid olmaq imkanıdır.”

Kulinariya dərslərində istifadə edilən bütün inqridientlər klinikanın bostanında yetişdirilir.

Bütün reseptlər də Dr. Yum vebsəhifəsində yerləşdirilir.

“Hər bir reseptlə hazırlanmış yemək ailələr tərəfindən sınanır. Valideynlərin və uşaqların fikirləri nəzərə alınır. Reseptləri elə formada edirik ki, hazırlanması asan olsun.”

Əsas məqsəd uşaqların qidalanması ilə bağlı mədəniyyətin dəyişdirilməsidir.

“Hal-hazırda televiziyada, reklamlarda rahat yeməklərin təbliğatı gedir. Onların hazırlanması və yeyilməsi asan olsa da, onlar sağlam qida deyillər. Biz anlamalıyıq ki, bu cür məhsulların reklamı onların faydalı olduğu üçün deyil, şirkətlərin pul qazanması üçün edilir. Amma əsas məsələ bu deyil. Əsas məsələ uşaqlarınızla bağlı olan məsələlərdə səbrli olmağı bacarmaqdır.”

Nimali və onun həmkarları ümid edirlər ki, ölkədəki üzrə pediatrları həvəsləndirəcək və uşaqların sağlam qidalanması üçün valideynlərlə işləməklərinə təkan verəcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG