Accessibility links

Pilotsuz təyyarə hücumlarına icazə barədə sənəd Senatda müzakirə ediləcək


Bu gün Senat Komitəsi prezident Obamanın Mərkəzi Kəşfiyyat Agentliyinə seçdiyi yeni rəhbərini xaricdə terrorçuluqda şübhəli bilinən Amerika vətəndaşlarına qarşı dron hücumlarına icazə verən qanun barədə sual cavab edəcək.

Ağ Evin anti-terror siyasəti üzrə məsləhətçisi Con Brennan Senatın Kəşfiyyat Komitəsi qarşısına çıxarılacaq. Brennan administrasiyanın terror-əleyhinə siyasətini ən çox dəstəkləyən üzvüdür.

Dünən administrasiya rəsmisi deyib ki, prezident Obama dron hücumlarının vacibliyinə haqq qazandıran sənədlərin təsdiqlənməsi üçün Ədliyyə Nazirliyinə sənədləri Konqresə göndərmə əmri verib.

Senatın 11 üzvü bu sənədləri tələb edib. Administrasiya bundan əvvəl terrorist hücumundan müdafiə məqsədi ilə dron hücumlarını təsdiqləmişdi. Lakin memorandumda terror planının bir hissəsi kimi Amerika vətəndaşlarının da hədəf alınması nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG