Tanzaniya dünyanın ən nəhəng dronlarla çatdırılma şəbəkəsi açmağı planlaşdırır. Yanvar ayından etibarən paraşütlərin köməkliyi ilə dronların çatdıracağı qan və dərmanlar insan həyatlarını xilas edəcək.
Kalifoniyann Zipline adlı şirkəti, şərqi Afrika ölkəsində gün ərzində 1,000-dən çox tibbi müəssisəyə 2,000 çatdırılma həyata keçirəcək. Ruandada buna bənzər layihədən ilhamlanan təşəbbüskarlar, dronların köməkliyi ilə ehtiyac duyulan ərazilərə qan, vaksinlər, malyariya və QİÇS dərmanları çatdırmaq niyyətindədirlər.
“Bu çox düzgün addımdır,” iki il öncə malyariyadan ölən nəvəsini yada salan 51 yaşlı Lilian Myule, Thomson Reuters Fonduna bu sözləri deyir: “Onun təcili olaraq nadir tapılan qrupdan qanköçürülməsinə ehtiyac var idi. Həmin qan qrupu isə burada yox idi.”
Tanzaniyada ölümlərin əsas səbəbi malyariyadır və məhz elə buna görə, beş yaşdan aşağı uşaqların tez-tez qanköçürməsinə ehtiyacları olur. Nadir tapılan qan qrupları isə yerli tibbi müəssisələrdə məhdud sayda olduğundan, həmin uşaqların ölüm riskləri yüksəkdir.
Böyük Britaniyadan dörd dəfə daha böyük olan və maliyyə çatışmazlığı yaşayan Tanzaniyada fəaliyyət göstərən 5,000-dən artıq klinikanın lazımi təchizatlarla təmin etmək çox çətin bir işdir. Xüsusilə də, kənd ərazilərində vəziyyət daha acınacaqlıdır.
Dronlar, saatda 100 km. sürətlə səyahət edir. Bu isə yol hərəkəti ilə müqayisədə daha sürətlidir. Əraziyə çatandan sonra dronlar, bioparçalanan materiallardan hazırlanmaış kiçik paketləri paraşütlə endirirlər.
Hökümət bu təşəbbüs vasitəsilə həm də doğuş zamanı qanaxmadan ölən minlərlə qadının həyatını xilas etməyə ümid edir.
Tanzaniya, ana ölümü hallarının ən yüksək olduğu ölkələrdən biridir. Hökümətin son hesabatında deyilir ki, burada hər 100,000 doğuşa 556 ana ölümü halı düşür.
“Bu, dronlarla çatdırılma ilə həll edilə bilən problemlərdəndir.” Bu sözləri Zipline şirkətinin rəhbəri Keller Rinaudo, yaydığı bəyanatda deyib ki, “Afrika ölkələri bütün dünyaya bunun necə edilməli olduğunu nümayiş etdirirlər.”
ABŞ və dünyanın bir neçə aparıcı ölkələrinin şirkətləri, səbrizliklə dronlarla çatdırılmanın icrasına başlamaq istəyirlər. Bu yolla onlar, ənənəvi çatdırılma üsulları ilə müqayisədə daha sürətli və daha ucuz bir çatdırılma sistemi qura biləcəklər. Lakin dronların təyyarələrlə toqquşma risklərinin mövcudluğu və uçuşların uzunluğunu tam təmin edəcək batareyaların yoxluğu bu işi tezləşdirməkdə maneələr yaradır.