Dronlar gələcəkdə əkinçilik üçün ən dəyərli alətə çevrilə bilər.
"Valideynlərim üçün etdiyim işlərdən biri da bostandakı zəhərli alaqları təmizləməkdir. Bunun üçün əvvəllər bütün bostanı dolaşmalı olurdum. İndi isə dronumla ərazidə uçuş edib, əvvəldən həmin alaqların yerini müəyyən edirəm.'' - deyə, Texas Universitetinin mütəxəssisi Deyl Kop bildirib.
Tədqiqatçıların sözlərinə görə, dronlar alaqların müəyyən edilməsindən tutmuş bitkilərin gübrələnməsinə qədər işlər görməklə kənd təsərrüfatının gələcəyi üçün əhəmiyyətli alətə çevrilir.
"Bizim məqsədimiz daha yaxşı bitkilər becərmək və fermerlərə əkdiklərindən daha sərfəli məhsullar əldə etməyə imkan yaratmaqdır.'' - deyə, Texas Universitetinin mütəxəss Seth Murray qeyd edib.
Dronlara yerləşdirilmiş müxtəlif cür sensorlar araşdırmaçılara fərqli növ areal informasiyalar toplamağa şərait yaradır.
"Biz əkin ərazisində yaşıllığın dərəcəsi kimi spektral xüsusiyyətlərə baxa bilərik. Beləcə insanlar hansı ərazilərdə bitkilərin daha çox yaşıl olduğunu müəyyən edə bilir. Həqiqətən də dronlar bizə məhsuldarlığı qiymətləndirmək və hansı bitkilərin daha yaxşı olduğunu müəyyənləşdirməyimizdə yeni imkanlar yaradır.'' - deyə, Seth Murray əlavə edib.
Əgər məhsul məsləhətçiləri yabanı otları, həşərat və xəstəlikli bitkiləri özləri axtarırsa bu daha çox vaxt itkisinə səbəb olur, daha bahalı və təmamilə dəqiq olmayan nəticələrə gətirib çıxardır.
Bütün sahəni yabani otlara qarşı herbisid kimyəvi maddələrlə spreyləmək əvəzinə dronlardan istifadə edilə bilər
"Yəqin ki, növbəti beş və ya 10 il ərzində biz Afrika, Asiya və ya Cənubi Amerikada fermerlərin də asan şəkildə istifadə edə biləcəyi proqram paketləri görə biləcəyik. Fermerlər bu proqramlar vasitəsilə asan şəkildə yüksək keyfiyyətli bitki yetişdirə və ya məhsullarının üzərinə sprey səpə biləcəklər.'' - Seth Murray əlavə edib.
Tədqiqatçıların sözünə görə, smartfonu olan hər kəs dronlar vasitəsilə əkin sahələrini foto və videoya çəkərək əraziyə nəzarəti daha rahat tətbiq edə biləcəklər.