Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Bağırov Dövlət Təhlükəsizlik Xidməti sədrinin müavini təyin edilib.
Bundan əvvəl Bağırov DTX-nin əks-kəşfiyyat idarəsinin rəhbəri olub. Onu bu vəzifəyə 2015-ci ilin sonlarında, oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən azad edildikdən sonra təyin ediblər.
Bağırov əvvəllər Milli Təhlükəsizlik Nazirliyi sistemində çalışıb, amma 2004-cü ildə nazir Namiq Abbasov vəzifədən azad edildikdən sonra o da işdən çıxarılıb.
General Əli Şəfiyev isə bu yaxınlarda vəfat etmiş Ziya Yusifzadənin yerinə DTX Akademiyasının rəhbəri vəzifəsinə təyin edilib.