Accessibility links

Dubay aeroportunda insident


Baş qərargahı Dubayda yerləşən Emirates hava yollarının bildirdiyinə görə, bu gün Dubayın əsas aeroportundakı insident təyyarələrdən biri enərkən baş verib.

İnsidentin yerli vaxtla günorta Hindistanın cənubundakı Tiruvanantapuramdan gələn təyyarədə baş verdiyi deyilir. Dubay hökuməti təyyarədə 275 sərnişinin olduğunu və onların heç bir xəsarət almadan evakuasiya edildiyini bildirib.

Sosial mediada yayılan videoların əksəriyyətində təyyarənin qara tüstüyə büründüyü görünür. Hava yolları və Dubay beynəlxalq hava limanı rəsmiləri insidentlə bağlı ətraflı məlumat verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG