Accessibility links

Dubaydakı yanğının baş vermə səbəbləri araşdırılır


Rəsmilər Dubayda Yeni İlin gəlişi ərəfəsində təşkil olunmuş atəşfəşanlıq zamanı hündürmərtəbəli lüks hoteldə dəhşətli yanğının baş vermə səbəblərini araşdırırlar.

Yüz minlərlə insan atəşfəşanlığı izləyən zaman Address Hoteldə başlayan yanğın ərazidə drammatik anlar aşadıb. Hotel dünyanın ən hündür binası olan Bürc Xəlifənin tam yanında yerləşir.

Yanğın zamanı Address Hoteldəki hamı evakuasiya olunsa da, 14 nəfər yüngül bədən xəsarətləri, bir nəfər isə infrakt keçirib.

Yanğın binanın 63-cü mərtəbəsində baş verib.

Yeni ili Dubayda keçirən Amerikanın Səsinin əməkdaşı Margaret Bəşir deyib ki, binanın qarşısına çoxsaylı yanğınsöndürən maşınlar cəlb olunub. Onun sözlərinə görə, yanğın təxminən 17:00 radələrində başlasa da, yanğını saatlarla söndürmək mümkün olmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG