Adətən əksər böyük şəhərlərin çirklənməsinə səbəb avtomobillər olur. Lakin, Monqolustanın paytaxtı Ulanbatorda yaranan bu çirkliliyin günahkarı kömürdür. Kömürün yandırıldığı bu ənənəvi evlər rəsmi tikili hesab edilmir. Bu cür həyat tərzinin qədimi olmasına baxmayaraq havanı qeyri-sağlam və təhlükəli maddələrlə doldurur.
Qış aylarında şəhərin yarısından çoxunu əhatə edən 1,3 milyonluq əhali kömür, plastik və rezin təkərlər yandırmaqla qızınmağa çalışır.
Bu da Monqolustanın paytaxtını dünyada ən çox hava çirklənməsinə məruz qalan ərazisi edir.
"Bizim məktəblərdə hava təmizləyicisi yoxdur. Ümid edirəm gələcəkdə dövlət məktəblərimizi təmizləyicilərlə təmin edər." - dəyə Ulanbatorun orta məktəb mülliməsi bildirib.
Dövlət araşdırması onu göstərir ki, minlərlə insan hər il havanın çirkliliyi səbəbindən həyatını itirir.
"Monqolustanda 2004-cü ildən 2014-cü ilə qədər olan 10 il ərzində tənəffüs və ürək-damar xəstəlikləri səbəbindən baş verən ölüm hallarının sayı iki dəfə artıb." - deyə, həkim bYamba bildirib.
Havanın çirkliliyi uşaq və hamilə qadınlarda astma və pnevmoniya kimi xəstəliklərin yaranması riskini artırır.
Ancaq həll yolu tapmaq da o qədər sadə deyil.
"Əlverişli mənzillərin olmaması əsas məsələdir. Hava kirliliyi probleminin yeganə həlli bu bölgələrdə yaşayan insanları elektrik enerjisinin və istiliyin mərkəzi şəbəkədən təmin olunduğu mənzillərə köçürülməsidir." - deyə, yerli jurnalist Mogi Bontoi bildirib.
Araşdırmalara görə Ulanbator əhalisinin 62 faizi belə ərazilərdə yaşayır. Buna görə də problemin yaxın müddətdə həll olucağı gözlənilmir.