Ötən ay Macarıstanın paytaxtı Budapeştdə Dunay çayında aşan turist qayığından əlavə cəsədlər çıxarılıb. Qayıq aşdığında Cənubi Koreyadan 26 turist və 2 heyət üzvü həlak olmuşdu.
Dalğıclar qayığın sudan çıxarılması ilə axtarışlar həyata keçirib. Belə ki, qayığın gövdəsində cəsədlərin qaldığı ehtimal edilirdi.
Mayın 29-da daha böyük qayıqla toqquşan turist qayığı nəhəng qaldırıcı kranla sudan çıxarılıb.
8 nəfər hələ də itkindir. Hadisədən sonra 7 nəfərin xilasına nail olunub.