Accessibility links

Dünyada irqi ayrı-seçkiliyə etiraz olaraq aksiyalar davam edir


İyunun 7-də İspaniyanın Barselona və İtaliyanın paytaxtı Romada minlərlə insan polis qəddarlığına və irqi ayrı-seçkiliyə etiraz olaraq aksiyalar keçirib.

Romanın Xalq Meydanında kçeirilən aksiya səsli-küylü olsa da, dinc keçirilib.

Maskalar taxan nümayişçilər üzərlərində “qaradərililərin həyatı mühümdür” və “bu, ağların problemidir” yazılan plakatlar qaldırıb.

Roma
Roma

Böyük Britaniyada da nümayişlər davam etdirilib. Londonda baş verən qarşıdurmalarda 14 polis zabiti xəsarət alıb. Qarşıdurmalar baş nazir Boris Consonun yaşadığı ev yaxınlığında da müşahidə edilib.

Videoya alınan görüntülərə gğrə, yol hərəkətini idarə edən polisin atına butulkalar atıldıqdan sonra nümayişçilərlə toqquşan polis yaralanıb və dərhal xəstəxanaya çatdırılıb.

Berlində isə aksiyalar zamanı 93 nəfər həbs edilib. Onların əksəriyyəti 15 min insanın qatıldığı nümayişlərdən sonra nəzarət altına alınıb. Aksiya iştirakçıların bəziləri polisi daşa basıb, butulkalar atıb.

Berlin
Berlin

Fransada polis nümayişçilərə qarşı gözyaşardıcı və bibər qazından istifadə edib. Fransa nümayişlərinə 23 min insan qatılıb.

Honq Konqda qaradərililərə həmrəylik nümayiş etdirən 20-yə yaxın şəxs ABŞ konsulluğu qarşısına toplaşıb.

Nümayişlər afrikalı-amerikalı kişinin polis nəzarəti altında ölməsindən iki həftə sonraya təsadüf edir.

25 mayda Corc Floyd Minneapolis şəhərində öldükdən bəri bir çox Amerika şəhərləri boyunca etiraz nümayişləri vüsət alıb. Floyd polis zabiti Derek Çauvinin onun boynunda dizini 9 dəqiqə saxladıqdan və Floyd ona nəsəf ala bilmədiyini dedikdən sonra ölmüşdü.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG