Accessibility links

Dünya alimləri dərin suların müdafiəsi üçün tədbirlər görməyə çağırır (audio)


S
S

Dünya alimlərindən ibarət qrup Yer Kürəsinin ən geniş və xəritədə qeyd edilməyən hissəsi olan dərin suların müdafiəsi üçün tədbirlər görməyə çağırır.

Sualtı aləmi tədqiq edən elmi araşdırma mərkəzi beş okeanın flora və faunasının eko-sistemi haqda məlumat toplayır. Duke Universitetində Bioloji Okeanoqrafiya üzrə mütəxəssis, professor Sindi Van Dover siyahiya almanın əsas məqsədlərini izah edir.

Sindi Van Dove: `Layihə dənizdə yaşayan varlıqlar, onların davranışı, keçmiş həyatı və gələcəkdə necə olacağını tədqiq etmək üçün yaradılıb. Bu, dənizdə hansı canlıların yaşadığı və gələcəkdə yaşaya biləcəyi kimi suallara cavablar tapmaq üçün beynəlxalq mütəxəssisləri bir araya gətirmək məqsədilə təşkil edilib.`

2010-cu ildə başa çatan və 10 il sürən sorğu zamanı Van Dover və başqa alimlər dəniz bioloji cəhətdən fərqliliyi, əsasən də, okeanın dibində canlı aləm üçün təhlükələri müşahidə ediblər. Onlar yeni dərc olunmuş qəzetdə insanların fəaliyyətinin dərin sulara təsirlərini işıqlandırıblar. Van Dover dərin sularda mineral resursların istismarından xüsusilə narahdır.

Sindi Van Dover: `Bəzi mədən şirkətləri okeanın dərin qatlarında yaşayan heyvanların qidalandığı mineralları çıxarmaq istəyir. Okeanın dərin qatlarındakı maddələr götürülsə, orada yaşayan heyvanlar da məhv olacaq.`

Doktor Liza Levin Kaliforniyada yerləşən Scripps Okeanoqrafiya institutunda bioloji okeanoqrafiya elmləri professorudur. O, atmosferdə temperaturun artmasının okeanda dəyişikliklərə səbəb olmasından narahatdır.

Van Dover kimi professor Levin də müxtəlif varlıqların məhv olmasından narahat olduğunu bildirərək qeyd edib ki, okeanın dərin qatlarında yaşayan heyvanların kökünün kəsilməsi bir sıra başqa nəticələrə səbəb ola bilər.

Mütəxəssislər az yayılan və yüksək artımı olmayan növlərin ətraf mühitdə baş verən kiçik dəyişikliklərə çox həssas olduqlarını deyir. Alimlər okeanın müxtəlif varlıqların ən geniş yayıldığı yer olması ilə yanaşı, həm də Yer Kürəsində bütün varlıqların təkamül etdiyi bir yer olduğunu deyirlər.

XS
SM
MD
LG