Accessibility links

Etibar Məmmədov: Azərbaycanlıların dünyaya böyük dövlət tanıtmaq missiyası irəlidədir [Audio]


Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən Etibar Məmmədov
Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən Etibar Məmmədov

“Azərbaycan xalqının qovuşma prosesi başlayıb… N.Pənahlının həbsdə saxlanması çox pis haldır… Həmrəylik gününün YAP-a aidiyyatı yoxdur… Ziyafət Əsgərovun Dana Rohrabakeri təhrikçi adlandırması xoşagəlməzdir.”

Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olmuş Etibar Məmmədov Amerikanın Səsi radiosuna müsahibəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranması tarixindən danışıb.

Etibar Məmmədovla müsahibə
please wait

No media source currently available

0:00 0:07:48 0:00

Etibar bəyin sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının yüksələn milli azadlıq hərəkatının nəticəsidir.

“Xalq hərəkatının fəalları 1989-cu il dekabrın 31-də həyatlarını risk qarşısında qoyaraq ilk dəfə keçmiş SSRİ-nin İranla sərhəd xəttini dağıtdı. Bu dövrdə bölünmüş xalqların birləşməsi prosesi başlamışdı. Məsələn, alman xalqı Berlin divarlarını dağıdaraq birləşdi. Azərbaycan xalqı da ilk dəfə olaraq İranla sərhəd xəttini dağıdaraq sərhəd keçid məntəqəsindən keçmədən bir-biri ilə görüşdü. Bununla da ikiyə bölünmüş Azərbaycan xalqının qovuşması prosesi başladı”, o qeyd edib.

E.Məmmədov sərhəd hərəkatının liderlərindən olan Nemət Pənahlının hazırda həbsdə saxlanmasını “çox pis” qiymətləndirir.

“1989-cu ildə sərhəd hərəkatına Naxçıvanda rəhbərlik edən, həyatını riskə atan Nemət Pənahlının bu gün həbsdə saxlanması xoşagələn deyil. O statusda olan insanın bu cür cəzalandırlması heç də Azərbaycana hörmət gətirmir”.

Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün iqtidarda olan Yeni Azərbaycan Partiyasının ideologiyası ilə eyniləşdirilməsi düzgün deyil.

“Həmrəylik gününün bayram edilməsi ilə bağlı qərar, o zaman Heydər Əliyev Naxçıvan Ali Məclsinin sədri olarkən qəbul edilib. Ancaq bütövlükdə Dünya Azərbaycanlılarının Hərmrəyliyi Gününün Yeni Azərbaycan Partiyasına heç bir aidiyyatı yoxdur. YAP-ın ideologiyası da heç zaman milli ideologiya ola bilməz. Mən hesab edirəm ki, heç bir siyasi partiyanın ideologiyası milli ideologiyaya çevrilməməlidir. Bu keçmiş Kommunist Partiyasını xatırlada bilər. Milli ideologiya hamının qəbul etdiyi səviyyədə olmalıdır və heç bir siyasi partiyanın monopoliyasına verilə bilməz”.

E.Məmmədov hesab edir ki, hakimiyyəytdə olan bəzi şəxslərin milli ideologiyanın prinsiplərini özününküləşdirməsi cəhdi və bundan başqalarına qarşı təbliğat kimi istifadə etməsi xoşagələn deyil.

“Təəssüf edirəm ki, Azərbaycan hakimiyyətinin siyasətində dünya azərbaycanlılarının, xüsusilə Güney azərbaycanlılarının qorunması məqbul deyil. Ümumilkdə bunu rəsmi leksikondan çıxarmağa çalışırlar. Dünya azərbaycanlılarının özəyini təşkil edən Güney azərbaycanlılarının hüquqlarının müdafiəsi məsələsi sıfır səviyyəsindədir. Hətta Güney azərbaycanlıların hüquqlarını müdafiə edən şəxslərin də Azərbaycan dövləti tərəfindən qorunması da sıfır vəziyyətindədir. Bu da çox neqativ halıdr. Azərbaycan dövləti bu cür qorxaq mövqe tutmamalıdır. İranda yaşayanlar bizim soydaşlarımızdır. Onların hüquqlarının, o cümlədən mədəni hüquqlarının qorunması dünyada yaşayan azərbaycanlıların yeganə dövləti olan Azərbaycan dövlətinin vəzifələri sırasında olmalıdır”.

O ABŞ Konqresmeni Dana Rohrabakerin İran azərbaycanlıların müstəqilliyi ilə bağlı hazırladığı qanun layihəsinin Azərbaycan hökuməti tərəfindən müdafiə edilməməsini kəskin tənqid edib.

“Azərbaycan hökumətinin qanun layihəsini müdafiə etməməsini çox pis qiymətləndirirəm. Azərbaycan nəinki qanun layihəsini müdafiə etmədi, hətta hakim partiyanın rəhbərlərindən olan Ziyafət Əsgərov Milli Məclisin iclasında Dana Rohrabakerə qarşı kəskin hücuma keçdi və onu təhrikçi də adlandırdı. Bu çox xoşagəlməyən bir haldır. Çünki, dünya azərbaycanlılarının yeganə dövləti Azərbaycan Respublikasıdır. Azərbaycan dövlətinin vəzifələrindən biri də dünyada yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etmək olmalıdır.

Milli azadlıq hərəkatının lidelərindən olan Etibar Məmmədov həmrəylik günü münasibəti ilə Amerikanın Səsi radiosu vasitəsi ilə Azərbaycan xalqını təbrik edib.

“Dünya azərbaycanlılarının çatacağı zirvələr hələ irəlidədir. Azərbaycanlıları qarşıda çox böyük nailiyyətlər gözləyir. Dünya azərbaycanlılarının dünyaya böyük dövlət tanıtmaq missiyası hələ irəlidədir.”
XS
SM
MD
LG