Accessibility links

Dünyanın maliyyə bazarları Misirdə və Portuqaliyada vəziyyətə reaksiya göstərir



Misirdə siyasi siyasi böhran və Portuqaliyada iqtidarda olan koalisiya ilə bağlı yaranmış qeyri-müəyyənliyə reaksiya göstərən Asiya və Avropanın maliyyə bazarlarında aksiyalar düşüb.

Qlobal neft qiymətləri 14 ayda ən yüksək həddə çataraq, Nyu-Yorkda hərracında bir barrel üçün 102 dollar təşkil edib. İnvestorlar Misirdə siyasi böhranın Yaxın Şərqdən əsas tranzit yolu olan Süveyş kanalı ilə neftin nəqlinə təsir göstərə biləcəyindən narahatdır.

Honq-Konqun Hanq Senq indeksi 2,5 faiz enib, London, Frankfurt və Parisdə isə birjada aksiyalar 1 faiz düşüb. Bununla müqayisədə ABŞ aksiyalarının ölkədə Müstəqillik günündən bir gün öncə bir qədər yüksək olduğu müşahidə edilir.

Avropa brokerləri xüsusilə Portuqaliyanın Baş nazir Perdo Passos Koelhonun dsətəklədiyi ciddi iqtisadi ixtisarlar paketinə etiraz olaraq keçən həftə iki hökumət nazirinin istefasından sonra borc içində olan ölkədə siyasi qeyri-müəyyənliyə görə dərin narahatlıq keçirir. Hökumətin süquta uğrayacağı ilə bağlı narahatlıqlara görə hökumət istiqrazların faizi enib, Lissabon birjasında aksyialar beş faiz düşüb.
XS
SM
MD
LG