Accessibility links

Dünya əhalisinin sayı bu gün 7 milyarda çatıb


Dünya əhalisinin sayı bu gün 7 milyarda çatıb
Dünya əhalisinin sayı bu gün 7 milyarda çatıb

Dünya əhalisinin sayı bu gün 7 milyarda çatıb. 7 milyardıncı qız usağının dünyaya gəldiyi Filippin simvolik olaraq birinci ölkə elan edilib. BMT-nin hesabatında qadın və kişilər, müxtəlif ölkələr arasında hüquqlar və imkanlar fərqinin böyük olduğu bildirilir. 9 ölkə-Çin, Misir, Efiopiya, Finlandiya, Hindistan, Meksika ,Mozambik, Nigeriya və keçmiş Yuqoslaviya respublikalarının əhalisi və demoqrafiyasına əsaslanan hesabatda bildirilir ki, 2011-ci ildə dünya əhalisinin 60 faizi Asiya, 15 faizi isə Afrikanın payına düşür. Afrika ölkələrində əhali artımı Asiya ilə müqayisədə iki dəfə artıqdır. Gələn əsrdə Afrika əhalisinin sayının 3 dəfə artacağı gözlənilir.

XS
SM
MD
LG