Dünya liderləri dünən Fransanın Nitsa şəhərində baş vermiş terror hücumu qurbanlarına başsağlığı diləyir və terroristləri qınayırlar.
Bu Bastiliya günündə biz Fransanın möhkəmliyini və dünyaya ilham mənbəyi olan demokratik dəyərləri xatırlayırıq. Biz bilirik ki, Fransa Respublikası bu ölümcül hücumdan sonra da uzun müddət təbiətini qoruyub saxlıyacaqBarak Obama
ABŞ prezidenti Barak Obama çərşənbə axşamı Twitter səhifəsində hadisədən az sonra hücum qurbanlarının ailələrinə başsağlığı verib və Fransanın ABŞ-ın “köhnə müttəfiqi” olduğunu bildirib.
“Bu Bastiliya günündə biz Fransanın möhkəmliyini və dünyaya ilham mənbəyi olan demokratik dəyərləri xatırlayırıq. Biz bilirik ki, Fransa Respublikası bu ölümcül hücumdan sonra da uzun müddət təbiətini qoruyub saxlayacaq,” deyə Obama qeyd edib.
Monqolustanda təşkil olunmuş Avropa və Asiya ölkələri liderlərinin görüşündə iştirak edən Avropa Şurası prezidenti Donald Task hücumun baş verdiyi tarixin mühümlüyünü vurğulayıb və insanları bu çətin anında Fransanın yanında olmağa çağırıb.
Monqolustan görüşündə iştirak edən İspaniya baş naziri Hose Manuel Qarsia-Marqalo da fransalı həmkarları ilə kədərlərini paylaşdığını bildirib.
“Biz sərt şəkildə terrorizmin hər formasını qınayırıq. Biz hadisə qurbanlarına başsağlığı veririk və terrorun hər növü ilə mübarizəni davam etirəcəyimizi bildiririk,” deyə Çin baş naziri Li Keçianq əlavə edib.
Kanada baş naziri Castin Trudo Twitterdə həm Fransız, həm də ingilis dilində Fransada hücumdan təsirə məruz qalmış insanlara mesajını göndərib.
“Kanadalılar bu gün axşam baş vermiş dəhşətli hücumdan sarılıblar. Biz terror qurbanlarına rəğbətimizi və həmrəyliyimizi paylaşırıq,” deyə Trudo bildirb.