Accessibility links

Dünya okeanlarının vəziyyəti pisləşir [Video]


Dünya okeanlarının vəziyyəti pisləşir
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Dünya boyu 1 milyarddan çox insan zülalın əsas mənbəyi olaraq okeandan çıxan yeməklərdən asılıdır. Amma planetimizin okeanları çikləndiyi üçün dəniz canlıları böyük təsirlərə məruz qalır. Bu həftə 4 mindən çox hökümət, elmi araşdırma, biznes və vətəndaş cəmiyyəti liderləri Nyu-Yorkda okeanlarımızın çirklənməsinin qarşısını almaq üçün hərəkətə keçməyə dair çağırışlar edəcək.

Okean böyük hədə altındadır. Buna səbəb təbii hadisələr deyil. Bu problemlərin hamısı insalardan qaynaqlanır. Buna görə də, bu problemlərə çarəni biz tapmlıyıq.
Piter Tomson

Dünya okeanları getdikcə daha çox çirklənir. Buna səbəb isə insanlardır.

“Okean böyük hədə altındadır. Buna səbəb təbii hadisələr deyil. Bu problemlərin hamısı insalardan qaynaqlanır. Buna görə də, bu problemlərə çarəni biz tapmlıyıq”, deyə BMT-nin Baş Assambleyasının prezidenti Piter Tomson bildirir.

Bundan əlavə iqlim dəyişikliyi də okeanlara mənfi təsir göstərir.

Planet istiləşdikcə, atmosferə daha çox karbon dioksid buraxılır və okean onları özünə çəkir. Bununla da okean sularında turşuluq artır və bu, dəniz canlılarına, xüsusilə də molyusk və mərcan riflərinə ziyan vurur.

El Nino kimi qlobal okean atmosfer hadisələri zamanı bəzi dəniz canlıları başqa yerlərə köçür və beləcə balıqçıların dolanışıq qaynaqlarıı da özləri ilə aparır.

Bütün dünyadakı tuneslərin üçdə-ikisi Sakit Okeandan çıxarılır. Lakin 2016-cı ildə, bu balıqlar Palau və Yeni Qvineyədəki ənənəvi balıqçılıq ərazilərindən şərqə, yəni isti su axıntılarına doğru miqrasiya edib. Bu həm də, tunesləri qeyri-qanuni balıqçılığa məruz qoyub və bu iki ada ölkəsinin 600 milyard dollarlıq gəlirlərini itirmələrinə səbəb olub.

“Neytral sulara çıxan tuneslərin qeyri-qanuni, nizamlanmayan balıqçılığın qurbanı olmaq şansları artır. Bu isə tunes balıqçılığının davamlılığı və bizim iqtisadiyyatımıza böyük hədədir”, Mikroneziyanın BMT-dəki nümayəndəsi Ceyn Çigiyal deyir.

Okeanlara daha bir böyük hədə həm də plastiklərdir. Butulkalar, torbalar, konteynerlər və hətta poliefirdən düzəldilən paltarlar və digər məhsulların miksroskopik hissələri təhlükəlidir, çünki balıqlar onları yeyir, daha isə biz həmin balıqları yeyirik.

Çimərlik turizmindən aslılı ölkələr artıq sağlam iqtisadiyyat üçün okeanların da sağlam qalmasının vacibliyini dərk edir . Okeanların Mühafizəsi təşkilatının verdiyi məlumata görə, İndoneziya Çindən sonra dünyanın ikinci ən böyük okean çirkəndiricisidir.

İndoneziya höküməti plastiklərin okeana daxil olmasının qarşısını alacaq qanunlar qəbul edir, çünki əgər dəniz və çimərliklər plastiklə dolu olsa, bu, otel sənayesindəki iş yerlərinə təsir göstərəcək.
Piter Tomson

Piter Tomson: “İndoneziya höküməti plastiklərin okeana daxil olmasının qarşısını alacaq qanunlar qəbul edir, çünki əgər dəniz və çimərliklər plastiklə dolu olsa, bu, otel sənayesindəki iş yerlərinə təsir göstərəcək”.

Sağlam okeanlar yoxsulluğun aradan qaldırılması, qida təhlükəsizliyi, sağlamlıq, təmiz su, bərpa olunan enerji, davamlı dolanışıq və iş yerləri, iqtisadi artım və iqlimə nəzarətə töhfə verir.”

BMT-nin Okean Konfransının təşkilatçıları ölkələrin okeanları yenidən sağlam etmək üçün üzərlərinə daha çox öhdəçilik alacaqlarını gözləyir.

XS
SM
MD
LG