Accessibility links

Dünyada 6 milyarddan çox insana COVID-19 vaksini vurulub


Cons Hopkins Koronavirus Resurs Mərkəzi bildirib ki, koronavirus pandemiyası başlayandan bəri dünyada 6 milyarddan çox insan COVID-19 vaksini qəbul edib.

Mərkəzin bildirdiyinə görə, təxminən 6.6 milyard insan şənbə günü günortadan etibarən ən az bir doza peyvənd alıb.

Bu mərhələ ABŞ Prezidenti Co Baydenin təxminən 60 milyon amerikalıya koronavirusa qarşı gücləndirici dozalar üçün uyğun olduğunu deməsindən bir gün sonra əldə edilib.

ABŞ-n Ərzaq və Dərman İdarəsi (FDA) 65 yaş və yuxarı amerikalılar, habelə xəstəlik riski yüksək olan yetkinlər üçün Pfizer-BioNTech iki dozalı COVID-19 peyvəndinin üçüncü dozasına icazə verib.

Çərşənbə günü verilən qərarla tibb işçiləri, müəllimlər, mağaza işçiləri, evsizlərin sığınacaqlarında və ya həbsxanalarda olanlar, müəyyən peşələrdə olan insanlar üçün gücləndirici doza da təsdiqlənib.

Avropa İttifaqının dərmanlara nəzarət idarəsi 16 yaşdan yuxarı olanlar üçün Pfizer-BioNTech COVID-19 peyvəndinin üçüncü dozasının təsdiq edilib-edilməyəcəyinə oktyabr ayının əvvəlində qərar verməyi planlaşdırdığını bildirib.

XS
SM
MD
LG