Siz ölkənizi “xoşbəxt” hesab edirsinizmi? 2015-ci ilin Dünya Xoşbəxtlik Hesabatı 158 ölkənin sıralamasını açıqlayıb. Hesabatda bir sıra iqtisadi və sosial rifah amillərindən istifadə olunub. Bu ilki nəticələrin bəziləri isə sizi təəcübləndirə bilər.
Bəzi hit mahnılar kimi, xoşbəxtlik də sərhəd tanımır.
İndi artıq Suriyanın da sıralamada aşağı yerləri tutduğunu, Mərkəzi Afrika Respublikasının və Əfqanıstanın da siyahının sonunda olduğunu görürük. Bunlar isə yoxsulluq, münaqişə və zorakılığın yüksək olduğu ölkələrdir
Lakin bunun səbəbləri ölkələrə görə dəyişir. Davamlı İnkişafın Həlləri Şəbəkəsinin tərtib etdiyi 2015-ci ilin Dünya Xoşbəxtlik Hesabatı dünya ölkələrində rifahı ölçmək üçün iqtisadiyyat, psixologiya, tibb və ictimai siyasət üzrə ekspertlərin rəylərindən istifadə edib.
Bu ilki hesabatda İsveçrə Danimarkanı üstüləyərək birinci yeri, Danimarka isə üçüncü yeri tutub. Şimali Avropa ilkin yerləri tutmağa davam edir, Birləşmiş Ştatlar isə 15-ci yerdədir. Belə ki ABŞ siyahıda Braziliyadan öndə, Meksikadan isə sonra gəlir.
Hesabatın koordinatoru və redaktoru Kler Bulgerin sözlərinə görə, yüksək gəlir amillərdən biri olsa da, avtomatik olaraq xoşbəxtliyə səbəb olmur.
“Müəyyən gəlir səviyyəsi rol oynayır. Sən əsas ehtiyaclarını qarşılaya bilməlisən, özünü doyura bilməlisən, amma bir həddən sonra gəlirin xoşbəxtliyə təsiri olmur.”
Yuxarı pillələrdə sıralanan ölkələrdə çox vaxt korrupsiya səviyyəsi aşağı, sosial dəstək isə güclü olur. Bu isə ehtiyacın olduğunda sənə dəstək verəcək insanların olması deməkdir. Bulger deyir ki, ikinci yeri tutan İslandiya və 102-ci yerdə olan Yunanıstanı fərqləndirən ən vacib amil hər iki ölkədəki maliyyə böhranı zamanı sosial dəstəyin olmasıdır.
Müəyyən gəlir səviyyəsi rol oynayır. Sən əsas ehtiyaclarını qarşılaya bilməlisən, özünü doyura bilməlisən, amma bir həddən sonra gəlirin xoşbəxtliyə təsiri olmur
Sıralamada sonuncu yerləri tutan ölkələrə Səhraltı Afrika ölkələrinin əksəriyyəti daxildir və onların çoxu yoxsulluqdan əziyyət çəkir.
“İndi artıq Suriyanın da sıralamada aşağı yerləri tutduğunu, Mərkəzi Afrika Respublikasının və Əfqanıstanın da siyahının sonunda olduğunu görürük. Bunlar isə yoxsulluq, münaqişə və zorakılığın yüksək olduğu ölkələrdir.”
Hesabata əsasən, xoşbəxtliyi müəyyən edən digər amillərə sağlam həyat, taleyinlə bağlı seçim etmək azadlığı və ürəyiaçıqlıq daxildir.