Accessibility links

Prezident Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə xalqı təbrik edib


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik imzalayıb.

Təbrikdə deyilir ki, xaricdəki həmvətənlər məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirir, Azərbaycanın dünyada tanıdılmasına, ölkənin zəngin mədəniyyətinin təbliğinə, bəzi qüvvələrin dövlət və xalqın əleyhinə yönəlmiş məkrli planlarına qarşı təsirli tədbirlər görür. “Diaspor təşkilatlarımız bundan sonra da səylərini artırmalı, Azərbaycanın müvafiq dövlət qurumları və xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə əməkdaşlıq şəraitində daha məqsədyönlü və çevik fəaliyyət göstərməlidirlər”.

Prezident bildirir ki, Azərbaycan müstəqil dövlət kimi dünyanın siyasi, iqtisadi və humanitar həyatında fəal rol oynayır.

“2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə ölkəmiz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Cari ildə “XXI əsrin müqaviləsi” adlandırılan layihənin icrası istiqamətində mühüm addım atılmışdır. “Cənub qaz dəhlizi”nin təməlinin qoyulması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyi sistemində öz mövqelərini daha da möhkəmləndirmək və beynəlxalq aləmə inteqrasiyanı dərinləşdirmək üçün yeni imkanlar qazanıb.

Gələn ilin yayında paytaxtımız birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. Biz bu böyük idman bayramına ciddi hazırlaşır, ölkəmizə bəslənilən inam və etimadı doğrultmaq üçün əzmlə çalışırıq”.

Əliyev əmindir ki, dünya azərbaycanlılarının həmrəyliyi bundan sonra da xalqın qarşısında dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, torpaqların tezliklə Ermənistanın işğalından azad etməyə, sürətlə dəyişən, ziddiyyətli dünyanın çağırışlarına adekvat cavab verməyə kömək edəcək. “Bunun üçün biz sıralarımızı daha da möhkəmləndirməli, əcdadlarımızdan miras qalmış çoxəsrlik mədəniyyətimizi inkişaf etdirməli və hamımızın pənah yeri olan müstəqil Azərbaycanımızın güclənməsinə birgə əməli fəaliyyətimizlə yeni töhfələr verməliyik”, təbrikdə qeyd edilir.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın 31-də Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağıdıllması ilə qoyulub. O zaman Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü Nemət Pənahlının rəhbərliyi ilə milli fəallar Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini dağıdıb. Ölkə Dünya Azərbaycanlılarının Həmrəyliyinin bayramını qeyd etdiyi bu günlərdə Nemət Pənahlı həbsdədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG