Accessibility links

Dünyada insanların sayının artması ərzaq qıtlığına səbəb ola bilər


Dünyada insanların sayının artması ərzaq qıtlığına səbəb ola bilər
Dünyada insanların sayının artması ərzaq qıtlığına səbəb ola bilər

BMT dünya əhalisinin sürətlə artmasına görə fermerlərin ərzaq istehsalını ikiqat artırmasının vacibliyinə dair xəbərdarlıq edib. BMT-nin bu gün açıqlanan Dünya İqtisadi və Sosial Sorğusuna görə 9 milyard insanı ərzaqla təmin etmək üçün qlobal ərzaq istehsalı 2050-ci ilədək 70-lə 100 arasında faiz artmalıdır. Məlumatda deyilir ki, ərzaq istehsalında bu cür sürətli artım yalnız ölkələr ətraf mühitə az zərər vura biləcək üsullardan istifadə etməyə səy göstərsələr baş tuta bilər. Mühüm dəyişikliklər edilmədiyi təqdirdə iqlim dəyişikliyi və havanın çirklənməsi ərzaq istehsalına təsir göstərə bilər .

XS
SM
MD
LG