Accessibility links

Dünya üzrə mətbuat azadlığı məhdudlaşıb


Dünya ölkələrində azadlıqların yayılması işinə xidmət edən “Freedom House” təşkilatı cümə günü Beynəlxalq Mətbuat Azadlığı günündən öncə mətbuat azadlığına dair illik hesabatını açıqlayıb. Təşkilat son 10 il ərzində mətbuat azadlığı sahəsində vəziyyətin pisləşdiyini bildirir.

Keçən il dünyada hər altı adamdan yalnız biri mətbuat azadlığından bəhrələnə bilib. Fredom House təşkilatının prezidenti Deyvid Kremer mətbuat azadlığının qlobal miqyasda azalmasının böyük narahatlıq doğurduğunu bildirib.

DAVID KRAMER: "Azad mətbuat hər hansı bir ölkənin demokratik inkişafında mühüm rol oynayır. O, nəzarət və balans yaradır. O, korrupsiyaya nəzarət edir. Şəffaflıq yaradır. Yaxşı idarəçiliyi təmin edir, yəni, azad mətbuatsız keçinmək mümkün deyil.”

Hesabatda deyilir ki, azad mətbuatdan bəhrələnən insanların sayının azalması avtoritar rejimlər tərəfindən repressiyalar, siyasi qeyri-sabitlik və radikal islamçıların yaratdığı hədələrlə bağlıdır.

Mənsur Əli dünyada 64 qeyri-azad ölkə arasında olan Pakistanda qəbilələrin yaşadığı ərazidə müxbirdir.

MANSOUR ALI : “Təhlükəsizlik basilica problemdir. Elə iki gün əvvəl intihar hücumu zamanı mənim həmkarlarımdam biri yaralanıb, o biri isə həlak olub.”

Afrikada ən azad media şəraitinə malik ölkələrdən biri olan Malidə mətbuat azadlığı sahəsində kəskin enmə müşahidə olunub. Mali mətbuatı azad ölkələr kateqoriyasından “qismən azad” mətbuata malik 70 ölkənin arasında göstərilir. Bu, ölkədə hərbi çevriliş və şimal bölgələrinin islamçı yaraqlıların əlinə keçməsi ilə əlaqədardır.

Avropada isə Yunanıstan “qismən azad” kateqoriyasına salınıb. Ölkədə iqtisadi problemlər media işçilərinin ixtsarı və mətbuat orqanlarının bağlanmasına gətirib çıxarıb.

Yaxın Şərq bölgəsində Liviya və Tunisdə Ərəb Baharından sonra mətbuat azad sahəsində inkişaf göstərilir. Lakin Misirdə azad medianın vəziyyəti pisləşmiş və ölkə “qeyri-azad” kateqoriyasına salınmışdır.

Freedom House təşkilatının nümayəndəsi Karin Karlekar Misirdə vəziyyətin pisləşməsinin bir çox faktorlarla əlaqədar olduğunu bildirir.

Karin Karlekar: “Bunun bir səbəbi ifadə azadlığına dair maddələrə görə narahatlıq doğuran yeni konstitusiya ilə, prezident seçkisindən sonra mediada qütbləşmənin yaranması və xüsusilə də islamçı qruplar tərəfindən jurnalistlərə qarşı hücum və təhqir hallarının artması ilə əlaqədardır.”

Mətbuat azadlığının azalması ilə yanaşı, hesabatda Birma da daxil olmaqla, bəzi ölkələrdə vəziyyətin düzəldiyi qeyd edilir.

Karin Karlekar: “İki il bundan əvvəlki vəziyyətlə müqayisəd edildikdə, burada böyük inkişaf müşahidə edilib, buna görə də mən bunu başqa repressive hökumətlər üçün bir nümunə adlandırardım.”

Freedom House media hər yerdə azad olmayana qədər mətbuat azadlığının qarşısının alındığı ölkələri göstərməyə davam edəcək. Lakin bu son hesabatdan sonra qarşıda uzun bir yolun olduğu aydın olur.

Mətbuat azadlığının ən çox pozulduğu səkkiz ölkə Belarus, Kuba, Ekvatorial Qvineya, Eritreya, İran, Şimali Koreya, Türkmənistan və Özbəkistandır. Bu ölkələrdə azad mətbuat ya mövcud deyil, ya da böyük məhdudiyyətlərlə qarşılaşıb.
XS
SM
MD
LG