Accessibility links

Dünyada ərzağın qiyməti artır


Dünyada ərzağın qiyməti artır
Dünyada ərzağın qiyməti artır

Enerji qiymətləri yüksək qalmaqda davam edir, bu da ərzağın qiymətinə təsir edir

2010-cu il ərzaq qiymətlərinin dünyanın bir çox yerində qalxması ilə sona çatır. Bəzi mütəxəssislər ərzaq qiymətinin qalxmasının 2008-ci ildəki zorakılığa gətirib çıxaracağından ehtiyat edirlər. 2008-ci ildə ərzaq qiymətlərinin rekord dərəcədə qalxmasından yaranan ixtişaşlar onlarla ölkəni bürüdü. 2010-cu il mülayim hava şəraiti nəticəsində ölkələr daha məhsuldar oldu və ərzağın qiyməti endi. Lakin fevral ayında BMT-nin Kənd-Təsərrüfatı Təşkilatlatının rəhbəri Cak Diuf Amerikanın Səsinə təhlükənin hələ sovuşmadığını bildirib. Cak Diuf: "Qiymət böhranına təsir edə biləcək bütün amillər indi yenidən baş verir. Onlar dəyişməyiblər." Diufun fikrincə, bio-yanacaq hələ də taxıl bitkiləri ilə rəqabətdədir. Bu il Birləşmiş Ştatlarda becərilən qarğıdalının üçdə bir hissəsi etanol istesalına sərf edilib. Enerji qiymətləri yüksək qalmaqda davam edir, bu da ərzağın qiymətinə təsir edir. Dünyada əhalinin sayı artmaqda davam edir və hava şəraiti gözlənilməzdir. Cak Diuf: "Mən ümid edirəm ki, bu belə olmayacaq, amma əgər biz mühüm ixrac edən ölkələrdə ciddi daşqın və ya quraqlıq problemləri ilə üzləşsək, onda biz yenidən qlobal ərzaq problemləri yaşayacayıq." Bundan başqa, Qara dəniz regionunda quraqlıq Rusiya taxıl məhsulunun üçdə birini məhv edib. Avqust ayında Rusiya buğda ixracını qadağan edib. Və bu da vəziyyəti bir az da gərginləşdirib. Beynəlxalq Ərzaq Siyasəti Tədqiqat institutunun rəhbəri Şenqen Fən belə fikirləşir; Quraqlıq Rusiyanı ixracatı dayandırmağa vadar etdi. Və Rusiyanın ixracatı dayandırması qiymətlərin qalxmasına səbəb oldu. Qiymətlər regiondan regiona dəyişir. Lakin Beynəlxalq Ərzaq Siyasəti Tədqiqat institutunun bildirdiyinə görə, buğda və qarğıdalının qiyməti son ildə qlobal səviyyədə az qala 50 faiz qalxıb. Mütəxəssislər növbəti ildə bu faizin daha da artacağını proqnozlaşdırırlar. Qiymətlər hələ də iki il bundan əvvəlki vəziyyətə qayıtmayıb.

Dünyada ərzağın qiyməti artır
Dünyada ərzağın qiyməti artır

Yaxşı ki, taxıl ehtiyatları bu il 2008-ci ildən daha çoxdur. Lakin Fən deyir ki, qarşıdan gələn illər üçün qarantiya yoxdur. Onun fikrincə, təcili tədbirlər görülməlidir. Əks təqdirdə, yeni böhran yarana bilər. Fanin fikrincə, əvvəl- axır dünya məhdud ərazi, su və başqa resurslarla daha çox insanı qidalandırmalı olacaq. Ona görə də ölkələr daha məhsuldarlığın artırılması üçün fermerlərə kömək etməlidirlər. Qisa müddət üçün bazarlar Cənubi Amerikada hava şəraitini izləyirlər. Pis hava şəraiti qiymətləri daha da artıra bilər. İqtisadiyyatçı Con Anderson deyir ki, qiymətlərin 2008-ci ildəki səviyyəyə qayıdacağı qaçılmazdır demək düzgün olmaz. Onun fikrincə, ölkələr hazırda 2008-ci ildəki vəziyyətə tədricən yaxındır, amma vəziyyətin yenidən o dərəcədə gərginləşəcəyini demək olmaz. Fermerlər qiymətin qalxmasına reaksiya kimi daha çox məhsul becərirlər. Təbii hava şəraiti maneə törətməsə, daha çox məhsul yetişdirilməsi qiymətləri aşağı sala bilər. Anderson deyir ki, dünyada insanların sayının artması və resursların azlığı 10 illərdir davam edir. Texnologiya sahəsində innovasiya və inkişaf sayəsində vəziyyəti idarə etmək mümkün olmuşdu. Lakin bu inkişafların bazar qiymətlərinə lazımı təsir göstərməsi vaxt aparacaq. Bu arada, o, ərzaq qiymətlərinin növbəti bir neçə ay ərzində bir qədər artacağını proqnozlaşdırır.

XS
SM
MD
LG