Accessibility links

Dünyanın ən qədim xoru [Video]


Dünyanın ən qədim xoru
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Dünyanın ən qədim xoru

Qarşınızdakı dünyanın ən qədim xorudur.

Roma Papasının şəxsi xoru olan Sistine Kilsə xoru 1471-ci ildə yaradılıb.

Bunu dinləmək üçün də ən yaxşı yer Vatikanın Sistine Kilsəsidir.

Möhtəşəm akustikası olan bu kilsənin divarlarında Rönesasn dövrünün dahisi Mikelancelonun freskaları yer alır.

Digər Mikelancelo isə xorun müdiridir.

"Biz Papaya məxsus yeganə xoruq ki, əsrlərdir fəaliyyət göstəririk. Son 16 əsr ərzində Papaya yaxın xor müğənnilərinin olduğuna dair məlumatlar var.''

Nardella deyir ki, öz musiqilərində sülh mesajı daşıyan xor dünyanın bütün dinlərindən olan insanlar üçün çıxış edir.

"Unutmayaq ki, konsertlərimizin missiyası hər zaman yevangelist missiyasıdr. Biz kilsənin mesajını daşıyırıq və sadəcə bədii tədbirlərdə çıxış etmirik.''

Sistine Kilsə Xoru dünyanın müxtəlif yerlərindən seçilmiş 20 yüksək səviyyəli peşəkar ifaçıdan ibarətdir.

Xorun kiçiklər üçün olan bölməsi isə 9 ilə 13 yaş arası xüsusi və ciddi seçimlərdən keçmiş 35 nəfər oğlan uşağından ibarətdir.

Ağ Səslər adlanan bu qrup Romada gündəlik ifa dərsləri alıb və praktika edə bildikləri xüsusi məktəbə gedir.

Xorun maestrosu Massimo Palombella deyir ki, oğlanları səsi dəyişməyə başlayanda onların xordukı vaxtları da bitir.

Ancaq Palombella əlavə edir ki, xordan ayrılsalar da onlar üçün dünyaya sülh mesajı çatdırmaq ömürlük şərəfdir və onların performansları, Papa üçün ifaları heç zaman unudulmayacaq.


Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG