Accessibility links

Dünyanın ən şaxtalı marafonu [Video]


Antarktikada keçirilən marafonda 55 nəfər iştirak edəcək. İstər inanın, istər yox, amma bu yarış artıq 13 ildir ki, təşkil olunur. Qaçışçılar Buzlaq Kəşfiyyat düşərgəsinin üzərində qurulan yolla qaçmalıdırlar.

Yarış hər biri təxminən 21 kilometrə yaxın uzunluqda olan 2 dövrədən ibarətdir. Yarış müddətində havanın temperaturu mənfi 25 dərəcə səviyyəsində dəyişib.

Həkimlər bütün marafon boyunca qaçışçıları yaxından izləyərək, onlarda hipotermiya və ya susuzlaşdırma əlamətlərinə nəzarət ediblər.

Danimarkadan olan Frank Yohansen marafonu 3 saat 37 dəqiqə ərzində bitirərək yarışın qalibi olub.

"Heyf ki, yarış bitti. Finiş xəttinə çatmaq yarışın ən kədərli hissəsidir. Olar mən bir dövrə də vurum?” - deyə, Frank bildirib.

Ümumilikdə 53 iştirakçı yarışı sonlandıra bilib.

Dekabr ayının ortaları üçün başqa bir yarış keçirilməsi nəzərdə tutulur. Əgər maraqlanırsınızsa, siz də 2018-ci ildə keçiriləcək marafona qoşula bilərsiniz. Bunun üçün nə az, nə də çox, düz 20 min dollarınızdan keçməlisiniz.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG