Accessibility links

Dünyanın ən yaşlı insanı yapon kişi oldu


Masazo Nonaka

112 yaşlı yapon kişi dünyanın ən qoca adamı kimi qeydə alınıb.

Ginnesin Rekordlar Kitabı Masazo Nonakanın şərəfinə çərşənbə axşamı Yaponiyanın şimalında yerləşən Hokkaido adasında mərasim təşkil edib.

Nonaka kurort mərkəzində menecer işləməzdən əvvəl fermer və odunçu kimi fəaliyyət göstərib. Onun beş övladı var.

Nonaka hazırda kiçik ferma şəhərində yaşayan səkkiz yüzyaşlı insandan biridir.

Bundan əvvəlki ən yaşlı insan da 116 yaşlı yapon idi.

Dünyanın ən yaşlı insanı isə 122 yaşlı franmsız qadın olmuşdu.

XS
SM
MD
LG