Accessibility links

Dastin Hoffmanın adı da məşhurlar arasında artmaqda olan seksual təcavüz hallarına əlavə edilib


Hollywood Reporter 1985-ci ildə “Death of a Salesman” filminin çəkilişlərində sabiq prodüser köməkçisi olan Anna Qraham Hanterə istinadən esse dərc edib. O yazıb ki, ilk gün Dastin ondan ayaqlarını masaj etməsini istəyib. Və Anna Qraham bunu edib.

O, əlavə edib ki, Dastin açıq aydın ona sataşırdı, ona arxadan əl atırdı və onunla seks barədə danışırdı.

Onun məktublarına əsasən, Dastin hətta ondan təlimat verdiyi kimi həftə sonu sekslə məşğul olub-olmadığını soruşub.

Hoffman görünür bu iddiaları cavablandırıb və deyib ki, o qadınlara hörmətlə yanaşır və əgər nə zamansa Qrahamı xoşagəlməz vəziyyətə qoyubsa, bundan dərin peşmanlıq hissi keçirir. Hoffman ondan üzr də istəyib.

XS
SM
MD
LG