Filippin prezidenti Rodriqo Duterte ABŞ prezidenti Barak Obamanın ünvanına nalayiq ifadələr işlətdiyinə görə təəssüf hissi keçirdiyini bildirib.
Prezidentin replikaları ASEAN görüşü çərçivəsində ABŞ və Fillippin prezidentləri arasında keçirilməsi nəzərdə tutulan görüşün ləğv edilməsinə səbəb olub.
“O, mətbuat konfransında işlətdiyi replikaların mübahisəyə səbəb olması ilə bağlı təəssüf hissi keçirir. Prezident eyni zamanda, müstəqil xarici siyasət yürütmək və bütün dövlətlərlə yaxın münasibətlərə nail olmaq niyyətindədir” deyə Filippin prezidentinin beynəlxalq əlaqələr üzrə sözçüsü Martin Andanar bildirib.
Dünən Laosa dönməzdən əvvəl Duterte iyun ayında prezident vəzifəsinə gələndən bəri narkotik alverçilərinə qarşı keçirdiyi reydlərə dair Obamanın ona məruzə etməməsi barədə xəbərdarlıq edib və Taqaloq dilində vulqar ifadə işləyib.
Obama Çində keçirilən mətbuat konfransında onun şərhlərinə əhəmiyyət qoymayaraq onu “koloritli insan adlandırıb”. Lakin Ağ Ev sonradan Obamanın Duterte ilə görüşü ləğv edib, bunun əvəzinə Cənubi Koreya lideri Pak Kın He ilə danışıqlar aparmağı planlaşdırdığını bildirib.
Filippin prezidentliyi kampaniyası zamanı qanunsuz narkotik alverinin qarşısını alacağını vəd edən Dutertenin seçildikdən sonra ölkədə ölümlə nəticələnən reydlər keçirməsi insan haqları müdafiə təşkilatlarının ciddi narahatlığına səbəb olub. Duterte isə qətlləri müdafiə edərək onu seçən xalqın istəklərinə əməl etdiyini deyib.