Accessibility links

Duterte: Tramp mənə uğurlar arzuladı


Filippin prezidenti Rodriqo Dutertenin bildirdiyinə görə, ABŞ-ın növbəti prezidenti seçilmiş Donald Tramp ona narkotik dilerlərinə qarşı sərt mübarizədə uğurlar arzulayıb. Xatırladaq ki, cənab Dutertenin bu kampaniyası çərçivəsində iyul ayından bəri 4000-dən çox insan öldürülüb.

Duterte açıqladığı bəyanatda bildirib ki, o, Trampa dünən axşam zəng edərək onu ABŞ-ın növbəti prezidenti seçilməsi münasibətilə təbrik edib. Filippin lideri Trampın yaxşı münasibətini hiss etdiyini bildirib.

Dutertenin sözlərinə görə, ABŞ-ın gələcək lideri ona deyib ki, o narkotik dilerlərinə qarşı mübarizəni suveren dövlət olaraq düzgün olaraq aparıb.

Dutertenin bu ilin əvvəlində prezident seçilməsinin başlıca səbəblərindən biri onun narkotik dilerlerinə, istifadəçilərinə və kriminallara qarşı aqressiv mübarizə aparacağı vədi olub.

Duterte açıqladığı bəyanatda bildirib ki, o, Trampa dünən axşam zəng edərək onu ABŞ-ın növbəti prezidenti seçilməsi münasibətilə təbrik edib. Filippin lideri Trampın yaxşı münasibətini hiss etdiyini bildirib.

Duterte prezident səlahiyyətlərinin icrasına başlayandan bəri Vaşinqtonu sərt tənqid edərək uzunmüddətli müttəfiqlər arasındakı əlaqələrə soyuqluq gətirib. ABŞ-ın onu qanlı anti-narkomaniya kampaniyasını tənqid etməsindən sonra Duterte de ABŞ-a sərt tənqidlər yöndəndirib. Bu da diplomatik əlaqələrin xeyri pisləşməsinə gətirib çıxarıb. Bu fonda Duterte hətta ABŞ prezidentini Barak Obamaya qarşı təhqiramiz ifadələr işlətmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG