Accessibility links

Sərhədsiz Reportyorlar Azərbaycanda prezident seçkiləri ərəfəsində Dünya Bankına məktub ünvanlayıb


Azərbaycanda prezident seçkiləri ərəfəsində Sərhədsiz Reportyorlar Təşkilatı (SRT) Dünya Bankının Avropa və Orta Asiya üzrə vitse-prezidenti məktub ünvanlayıb.

Təşkilat gələcəkdə Azərbaycana kreditlərin korrupsiya araşdırmaları ilə bağlı həbsdə olan jurnalistlərin azadlığı müqabilində verilməsinə çağırıb.

Təşkilatın jurnalistlərə qarşı təqiblər, sürgünlər, həbslər və hətta qətllərlə bağlı məsələ ilə maraqlanacağını düşünürük

Məktubda deyilir: “Mətbuat azadlığını müdafiə edən beynəlxalq qeyri-hökumət təşkilatı kimi Azərbaycanda müstəqil jurnalistlərin korrupsiya araşdırmalarına ciddi maneələr törədildiyinə diqqətinizi çəkmək istəyirik.”

“Dünya Bankının korrupsiya ilə mübarizə öhdəliklərinə sadiq olduğunu nəzərə alaraq, təşkilatın jurnalistlərə qarşı təqiblər, sürgünlər, həbslər və hətta qətllərlə bağlı məsələ ilə maraqlanacağını düşünürük. Əgər Dünya Bankı yaxşı idarəçilik və anti-korrupsiya öhdəliklərinə həqiqitən əməl edirsə, sizi gələcəkdə kreditləri korrupsiya araşdırmaları ilə bağlı həbsdə olan jurnalistlərin azadlığı müqabilində verməyə çağırırıq” – deyə, məktubda bildirilir.

“İndiyədək 14 jurnalistin həbsdə olduğu müəyyən edilib. Azərbaycanın yerli administrasiyalarının fondlardan bacarıqsız istifadəsi haqda yazan jurnalist Əfqan Sadıqovun həbsi onu susdurmaq məqsədi daşıyır.

Əfqan Sadıqov
Əfqan Sadıqov

Hökumət rəsmilərinin vətənini tərk etməyə məcbur edilən Hafiz Babalı və onun ailəsini hədələyib.

Meydan TV xəbər vebsaytına korrupsiya ilə bağlı məlumatlar verən jurnalist Əfqan Muxtarlı ölkəni tərk edib.

2017-ci ilin mart ayında tanınmış araşdırmaçı jurnalist Əfqan Muxtarlı ailəsilə birlikdə yaşadığı Tbilisidən qaçırılaraq Azərbaycana gətirilib və həbs edilib. Yanvarın 12-də Balakən məhkəməsi Muxtarlını sərhədi qeyri-qanuni şəkildə keçmək və üzərində kontrabanda daşımaq ittihamı ilə altı il müddətinə azadlıqdan məhrum edib.

Xədicə İsmayılova
Xədicə İsmayılova

Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilib. O, mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə təqsirləndirilib. 2016-cı il mayın 25-də Xədicə İsmayılova Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib."

Məktubun sonunda əvvəlcədən təşəkkür və məktuba ciddi diqqət yetiriləcəyinə dair ümid bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna prezidenti bildirib ki, vaxtı silaha çevirməlidirlər
please wait

No media source currently available

0:00 0:11:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Ukraynaya 31 Abrams tankı göndərəcək. Azərbaycanın dövlət büdcəsi.
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG