Accessibility links

Dəyirmi Masa: Hillari Klintonun Azərbaycana səfəri


Dəyirmi Masa: Hillari Klintonun Azərbaycana səfəri
Dəyirmi Masa: Hillari Klintonun Azərbaycana səfəri

Söhbətin qonaqları “Azərbaycan Naminə” forumunun sədri Eldar Namazov və Turan İnformasiya Agentliyinin şərhçisi Şahin Hacıyevdir.

ABŞ Dövlət Katibi Hillari Klintonun Azərbaycana səfəri həftənin ən geniş müzakirə olunan mövzularındandır. Xanım Klintonun səfərinə həm ABŞ həm də Azərbaycan mətbuatında kifayət qədər diqqət yetirilib. Görəsən Klintonun Azərbaycana səfəri ABŞ-Azərbaycan münasibətləri üçün nələr vəd edir? Bu səfərin Dağlıq Qarabağ və ya demokratiya məsələlərində irəliləyişlərə töhfəsi olacaqmı? Bu və digər suallar ətrafında diskussiya aparmaq üçün dəyirmi masa söhbətimizə “Azərbaycan Naminə” forumunun sədri Eldar Namazov və Turan İnformasiya Agentliyinin şərhçisi Şahin Hacıyevi dəvət etdik. Qonaqlar Hillari Klintonun səfərinin əhəmiyyəti və onun ABŞ-Azərbaycan münasibətlərinə təsiri barədə fikirlərini ifadə etdilər.

İlk öncə xanım Klintona Azərbaycanda demokratiyanın inkişafı barədə mətbuat konfransında verilən məşhur sualın müəllifi Şahin Hacıyev öz təcrübəsini bölüşdü. O, bu sualı verəndə baş verəcəklərin bu qədər diqqət cəlb edəcəyini düşünmədiyini bildirdi. Lakin sonradan Washington Post qəzetində baş məqalədə sual-cavab mübadiləsinə yer ayrıldı və hətta redaktorlar heyəti məqaləni Şahin Hacıyevin dedikləri ilə razılaşmaqla bitirdilər. Cənab Haciyev suala cavab verərəkən Hillari Klintonun çətinlik çəkdiyini bildirdi.

Eldar Namazov ABŞ-Azərbaycan münasibətlərinə rəsmi Bakının yanaşmasında “kökündən yanlış” fikirlərin yer almasına diqqət çəkdi. Onun sözlərinə görə Azərbaycan rəsmiləri hesab edirlər ki, onlar Amerika ilə münasibətləri yalnız enerji təhlükəsizliyi üzərində qura bilərlər və Vaşinqtonu vadar edə bilərlər ki, Azərbaycanın “daxili işlər” adlandırılan demokratiya və söz azadlığı məsələsinə göz yumsun. Lakin eyni dəyərləri bölüşməyən dövlətlərin uzun müddətli müttəfiqliyi adətən çətin olur, deyə Eldar Namazov bildirdi.

Klintonun səfərinin ardınca Gündəlik Azərbaycan qəzetinin sabiq baş redaktoru Eynulla Fətullayevə narkotik gəzdirmək ittihamları ilə iki il yarım iş verilməsi rəsmi Vaşinqton tərəfindən mənfi qarşılanıb. Cənab Hacıyevin fikrincə Fətullayevin və həbs olnumuş blogerlərin məsələsində psixoloji amil var. 2003-cü ildən bəri İlham Əliyev hökuməti dünyaya sübut etməyə çalışır ki, onun mövqeyinə heç kim təsir göstərə bilməz və o, təzyiqlərə cavab vermir. Eldar Namazov əlavə etdi ki, bu psixoloji amilin arxasında siyasi motivlər də durur. Belə ki, Azərbaycan hökuməti hələ də Qərbi Rusiyaya üz tutmaq perspektivi ilə təhdid etmək kursunu saxlayır.

XS
SM
MD
LG