Accessibility links

Dəyirmi Masa: Qırğızıstanda qətliyamlar


Zərdüşt Əlizadə Qırğızıstanda baş verən olayları 1988-ci ildə Sumqayıtda və 1990-cı ildə Bakıda baş verən hadsiələrə bənzətdi

Ötən günlərdə Qırğızıstanda vəziyyət kəskin şəkildə pisləşib. Silahlı adamların ölkənin cənub vialyətində məskunlaşmış özbək icmalarına hücumları nəticəsində yüzlərə adam həlak olmuş, minlərlə adam yaralanmış, yüz minlərlə insan isə evlərindən didərgin düşmüşdür. Cəmi bir neçə ay bundan öncə hakimiyyət dəyişikliyinə səhnə olmuş ölkədə yeni hökumət zorakılıqlara görə diktatorial metodlarına görə tanınan sabiq prezident Kurmanbek Bakiyevin tərəfdarlarını günahlandırır. Bəzi müşahidəçilər isə interetnik nifrət elementini gözdən qaçırmamağı tövsiyə edirlər. Bu mövzuda diskussiya aparmaq üçün həftənin dəyirmi masa söhbətinə politoloq Zərdüşt Əlizadə və Atlas Araşdırmaları Mərkəzinin sədri Elxan Şahinoğlunu dəvət etdik.

Zərdüşt Əlizadə Qırğızıstanda baş verən olayları 1988-ci ildə Sumqayıtda və 1990-cı ildə Bakıda baş verən hadsiələrə bənzətdi. Onun sözlərinə görə bir sıra mafioz qüvvələr xaricdən dəstəklə ölkədə aranı qarışdırmaq məqsədilə etnik zəmində zorakılıqlar törədirlər. Bu fenomen Azərbaycanda demokratik mücadiləyə nə qədərə ağır zərbə vurmuşdusa, Oş və Cəlalabad şəhərlərində baş verənlər də Qırğızıstanda sabitliyin pozulmasına o qədər xidmət edir. Cənab Əlizadənin fikrincə sonda qarışıqlıqdan bəhrələnən başlıca olaraq Kremlədki avtoritar rejimdir. Belə ki, Rusiyadakı hakimiyyət dairələri yaxın xaric adlandırdıqları bölgədə zəif və ya səriştəsiz avtoritar ökumətlərin bərqərar olmasını arzulayılr. Onlar bu situasiyanı Rusiyanın öz təsirini gücləndirməsi üçün bir vasitə kimi görürlər.

Politoloq Elxan Şahinoğlu deyilənlərlə razılaşdığını bildirərək baş verənlərin planlaşdırılmış aksiyaya oxşadığını qeyd etdi. Ekspert qeyd etdi ki, Oşda təşkil edilən qırğında müəyyən elementlər yüksək təşkilatlanmaya işarə edir. Lakin o, xarici qüvvələrin rolunu lazım olduğundan çox qabartmamağı tövsiyə etdi: “Bu daxili mafioz qrupların arasında mübarizədir. Təəssüf ki, bundan xeyli günahsız insanlar əziyyət çəkiblər.” Cənab Şahinoğlu qətliyamın bir-birinə etnik baxımdan yaxın iki türkdilli xalq arasında baş verməsinin xüsusi kədər doğurduğunu önə çəkdi.

Türkiyənin Orta Asiyadakı nüfuzu barədə sualı cavablandıran Elxan Şahinoğlu Sovet İttifaqı dağılandan bəri Türkiyənin türkdilli dövlətlər arsında vəhdət qurmaq cəhdlərinin əsasən boşa çıxdığını söylədi. Onun fikrincə keçirilən sammitlər və ikitərəfli görüşlər real siyasətdə həqiqiq əməkdaşlığa yol açmayıb. Zərdüşt Əlizadə türkdilli xalqların bəzi zümrələrində Türkiyənin regiondakı rolu haqda illuziyaların mövcud olduğunu söylədi. Əslində isə, cənab Əlizadənin fikrincə, Ankaranın sabiq Sovet məkanındakı təsir imkanları məhduddur. Əvvəllər Türkiyə liderləri münasibətlərdə yaxınlıq yaratmaq üçün külli miqdarda vəsait xərclədilər, konfranslar və sammitlər təşkil etdilər. “Sonrada onlar gördülər ki, bunlar bir-birlərindən kfiayət qədər uzaq, fərqli mənafeləri olan xalqlar və dövlətlərdir.” Məhz bu üzdən də çətinliklərlə üzləşən Orta Asia millətləri ilk növbədə gözlərini Rusiyaya dikirlər.

XS
SM
MD
LG