Accessibility links

Dəyirmi Masa: Səkinə Aştianiyə qarşı daşqalaq hökmü və beynəlxalq qalmaqal


Təbrizli qadın Səkinə Məhəmməd Aştianinin zina ittihamı ilə daşqalaq cəzası ilə üzləşməsi artıq bir neçə aydır ki, beynəlxalq qalmaqal mövzusudur. Bir çox Qərb dövlətləri 21-ci əsrdə qadının torpağa basdırılaraq daşa tutulmasını vəhşilik kimi qiymətləndirərək İran hökumətini edam cəzasını ləğv etməyə çağırıblar. Bu günlərdə İsveçin baş naziri Karl Bildt İran səfərini iqamətgahına çağıraraq daşqalaq cəzasını “murdar praktika” adlandırıb. İslam Respublikasının rəsmiləri isə hələlik qərarın icrasını müvəqqəti təxirə saldıqlarını deyirlər. Bu mövzuda diskussiya aparamaq üçün dəyirmi masa söhbətimizə Dünya Azərbaycanlı Yazarlar Qurumunun başqanı Sayman Aruz, Toronto Universitetinin İslam Araşdırmaları Mərkəzində doktorluğa namizəd Xəlil Şimşək, Kanadada qərargahlanan müxbirimiz İnsafəli Hidayət dəvət etdik.

Qərb mətbuatında Səkinə xanımın zina itihamı ilə edam cəzasına məhkum edildiyi vurğulanır. Islam Respublikasının rəsmiləri isə müttəhimin qatil olduğunu deyir və onu ərinin ölümündə iştirak etməkdə günahlandırırlar. Məsələyə aydınlıq gətirən İnsafəli Hidayət bildirdi ki, İran qanunlarına əsasən qatilin qohumlarının cinayətə görə müttəhimi bağışlamaq ixtiyarı var. Səkinə xanımın mərhum ərinin qohumları və övladları bu istiqamətdə edam cəzası arzulamadıqları üçün o, öldürülə bilməz. Bu üzdən İran rəsmiləri şəriət qanununa əsaslanaraq zina itthamı ilə müttəhimi daşqalaq etmək istəyirlər. Başqa bir tərəfdən, fars dilini bilməyən Səkinə Aştianinin məhkəmədə hüquqi müdafiəsi demək olar ki, təşkil olunmayıb. Doğma dili Azərbaycan türkcəsi olan müttəhim məhkəmə prosesinin böyük hissəsini anlamayıb və bunun nəticəsi olaraq dövlət ittihamçıları istədikləri qaydada ona qarşı cəzanı müəyyən ediblər. İnsafəli Hidayət İran Azərbaycanının başqa guşələrində də azərbaycanlıların farsdilli məhkəmədə oxşar situasiyalarla üzləşdiyini bildirdi.

Sayman Aruz azərbaycanlı qadının daşqalaq cəzası ilə üzləşməsini İranın siyasi mahiyyətindən doğan amil kimi dəyərləndirdi. “Demokratiyanın əsasını insan seçimi təşkil edir. İnsan öz adını, həyat yoldaşını, dinini seçməkdə azad olmalıdır. Bunları seçmək insan ən əsas haqlarıdır. Əgər bir yerdə insan öz həyat yoldaşını seçə bilmirsə və buna qarşı üsyan edirsə, bu, insanın özünə verdiyi haqdır.” Adətən beynəlxalq ictimaiyyətin Tehranda, daha çox mərkəzi yerlərdə baş verən haqsızlıqlara reaksiya verdiyini bildirən cənab Aruz bu dəfə azərbaycanlı fəalların səyləri nəticsində Səkinə xanımın taleyinə diqqət yönəldildiyini vurğuladı. O, qeyd etdi ki, İranda azərbaycanlıların öz hüquqları uğrunda daha aktiv mübarizə aparması Səkinə Aştianinin məsələsinə beynəlxalq diqqətin artmasına xüsusi rol oyanyıb.

Səkinə xanınım məhkum olunduğu daşqalaq cəzasınn İslam dəyərlərinə uyğun gəlib-gəlmədiyini şərh edən Xəlil Şimşək bunun üçün Quranda əsas olmadığını bildirdi. “Quranın heç bir yerində zina edən qadın və ya kişinin ölüm cəzasına məhkum edilməsi haqda heç nə deyilmir.” Cənab Şimşəkin sözlərinə görə Nur surəsinin ikinci ayəsində zina edən şəxsə 100 qırmanc və ya dəyənək vurulması haqda cəza öz əksini tapıb. O, daşqalaq və başqa bu növ cəzaların daha çox Qurandan sonra gələn hədislərə və rəvayətlərə əsaslandığını və Quranda adı çəkilən ayənin bu hədislərdə deyilənləri etibarsız etdiyini dedi. Habelə Xəlil Şimşək keçmişdə təsbit olunan bir sıra dini tövsiyələrin müasir zamanın tələblərinə uyğunlaşdırılmasının mühümlüyündən söz açdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Nazarbayev etirazlardan sonra ilk dəfə video müraciət yayımlayıb
please wait

No media source currently available

0:00 0:10:04 0:00
XS
SM
MD
LG