Accessibility links

Dizenteriya xəstəliyindən hələ də minlərlə adam ölür


I Dünya Müharibəsində həlak olmuş Britaniya əsgərinin cəsədi dizenteriya xəstəliyinin müalicəsi və mümkün yeni peyvənd barədə dəyərli məlumat təchiz edə bilər. Bu xəstəlik hələ də inkişaf etməkdədir və böhranın olduğu ölkələrdə antisanitariya səbəbindən tüğyan edir.

“Lanset” adlanan tibb jurnalının I Dünya Müharibəsinin 100 illiyinə həsr edilmiş xüsusi buraxılışında dizenteriya xəstəliyini əmələ gətirən Şigella bakteriyasının genomikasının yenidən qurulması haqda son elmi araşdırmalara diqqət çəkir.

“Wellcome Trust Sanger” İnstitutundan doktor Keti Beyker bu yeni tədqiqatın müəllifidir. “Şigellanın əmələ gətirdiyi bakterial dizenteriya bu gün də minlərlə insanın ölümünə səbəb olub. İnkişaf etməkdə olan ölkələrdə 5 yaşdan kiçik uşaqlar ölür.

Şigella
Şigella

Onun sözlərinə görə, bu xəstəliyə qarşı tədqiqatların 1900-cü illərdən başlamasına baxmayaraq, problem qalmaqda davam edir. “Bu xəstəliyin Birinci Dünya Müharibəsində yayılmasının əsas səbəbləri üzərində tədqiqat aparılmışdı. Lakin bu xəstəlik bu gün də problem olaraq qalır. Bunun da başlıca səbəbi gigiyena və kifayət qədər qidalanmamaq, ikincisi isə xüsusi müalicənin aparılmamasıdır. Hələ də Şigellaya qarşı lisenziyalı peyvənd yoxdur.”

Peyvəndi tapmaq üçün səylər isə davam edir. “Bu peyvəndin əldə edilməməsinin bir neçə səbəbi var, Əvvəla, Şigellaya uyğun heyvan tapılmır. Biz bu xəstəliyi istənilən heyvanda yarada bilmirik və bu peyvəndi yoxlamaq üçün bizə könüllü insan lazımdır ki, bu, da çox qəliz məsələdir.” deyə, Keti Beyker bildirir.

Digər problem Şigellanın e-Koli bakteriyası ilə oxşarlıqlarıdır. Yəni bakteriya insan bağırsağında yaşayır. Ona görə də Şigellaya qarşı peyvənd digər müsbət bakteriyalara pis təsir edə bilər.

İllər əvvəl olduğu kimi dizenteriya xəstələri indi də mayelərdən istifadə edərək, yataq rejimində, ağır halda olduqda isə antibiotiklərlə müalicə edilir. Doktor Beyker alimlərin 1915-ci ildə dizenteriya səbəbindən Fransada ölmüş Ernest Keybl adlı əsgər üzərində apardıqları tədqiqat nəticələrinin bu xəstəliklə mübarizəyə yardım edəcəyinə ümid verdiyini deyir.

Dizenteriya xəstəliyindən ölən Keybldan 1915-ci ildə götürülən qan nümunəsi illərdir İngiltərədə tibbi nümunələrin saxlandığı laboratoriyada saxlanılır. Bu nümunə indi müqavimətə davamlı olmuş Şigellanın xassəsi haqda çox şey deyir. O vaxtlar belə bir prosesə gələcəkdə bakteriyalar və virusların araşdırırlması üçün başlanılmışdı və bu, antibiotiklər aşkar edilmədən əvvəl idi.

Doktor Beyker Penisilin preparatının 1928-29-cu illərdə aşkar edildiyini, lakin 1940-cı illərə qədər istifadəyə verilmədiyini deyir. O, hələ həmin vaxtlar alimlərin antibiotiklərin müqaviməti haqda düşündüklərini bildirir. “Həmin qan nümunəsini saxlaması mikrobioloqun uzaqgörənliyindən xəbər verir,” deyə, doktor Beyker bildirir.

XS
SM
MD
LG