Accessibility links

"Mobil su cihazı" sudakı bakteriyaları aşkar edir [Video]


"Mobil Su Cihazı" sudakı bakteriyaları aşkar edir
please wait

No media source currently available

0:00 0:01:28 0:00

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il dünya boyu 840 000-dən çox insan əsasən su və ərzaq vasitəsilə yoluxulan E.coli bakteriyası səbəbindən dünyasını dəyişir. Kanada şirkəti ishala səbəb olan ölümcül E-coli bakteriyasını suda tez bir zamanda aşkar etmək üçün cihaz ixtira edib.

“Mobil Su Cihazı” adlanan cihaz çirkli su problemi olan Dehlidə təcrübədən keçirilib. Şirkətin komandası artıq bu cihazın işlədiyini və kər kəsin bundan istifadə edə biləcəyini deyir. Soşanta Mitra: “Hazırda texnologiya bazarında elə bir cihaz yoxdur ki, iki dəqidə ilə bir saat arasında E.coli bakteriyasını aşkar etsin. Bundan başqa, sizə yardım edəcək şəxs lazım deyil. Siz suda bakteriya olub-olmadığını yerindəcə yoxlaya bilərsiniz.”

Bu, suyun unikal hidrogellə əlaqəyə girməsi yolu ilə yoxlanılır. Bakteriya olan su bir saat müddətində rəngini dəyişir. Komanda internetdə elə aplikasiya yaradıb ki, son nəticələri Web vasitəsilə də öyrənmək mümkündür.

Bütün sınaqlardan keçirdikdən sonra mütəxəssislərdən ibarət komanda cihazın satışa demək olar hazır olduğunu deyir. Onlar cihazın 2-3 ABŞ dollarına satmağı nəzərdə tutur. “Mən inanıram ki, biz düzgün yoldayıq və “Glacierclean Technologies”in su cihazı bir ilə supermarket rəflərində olacaq.”

Bundan sonra isə şirkət cihazın daha təkmilləşmiş, suyu yoxladıqdan sonra dezinfeksiya edə biləcək növü üzərində işləməyi planlaşdırır.

XS
SM
MD
LG